
Putin MDB dövlət başçılarının mövqeyini öyrənmək istəyir -Politoloq
11:25 30.11.2023
Siyasət
607
Dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının görüşünün keçirilməsi planlaşdırılır.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedyev məlumat verib.
“MDB hökumət başçılarının Rusiyanın təşəbbüsü ilə növbədənkənar iclası olacaq. Tədbirin dekabrın 18-də Moskvada Rusiya Baş naziri Mixail Mişustinin təşəbbüsü ilə baş tutacağı gözlənilir”, - deyə o bildirib.
MDB rəhbəri əlavə edib ki, birliyə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü dekabrın 26-da Sankt-Peterburqda baş tutacaq.
“Rusiya Prezidenti Vladimir Putin ötən illərdəki kimi ənənəvi olaraq qeyri-rəsmi ünsiyyət qurmaq, cari məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün həmkarlarını dekabrın 26-da Sankt-Peterburqa dəvət edib”, - deyə o bildirib.
Gözlənilən görüşü "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Rusiya ənənəvi olaraq ilin sonunda MDB dövlət başçıları ilə görüşmək təşəbbüsüylə çıxış edir:
"Yayılan ilkin məlumata görə dekabrın 18-də hökumət başçılarının görüşü təşkil olunacaq. Daha sonra dekabrın 26-da isə Sankt-Peterburqda MDB dövlət rəhbərlərinin görüşü baş tutacaq. Burada Rusiya Prezidenti Vladimir Putin həm ilin yekunları barədə, həm də qeyri-formal ünsiyyət qurmaq və cari məsələlərin müzakirəsini aparmaq üçün həmkarları ilə toplanacaq. Əlbəttə, bu il baş tutacaq hökumət və dövlət başçılarının MDB sammiti müəyyən maraqlar doğurur. Çünki Rusiyanın özü müharibə şəraitindədir və Qərb ilə çox ciddi konfrantasiya çərçivəsində münasibətləri davam edir. Eyni zamanda Rusiya dövlətinə qarşı çoxsaylı sanksiyalar tətbiq olunub. Bu görüş şimal qonşumuz üçün ağır şərtlər daxilində MDB dövlət başçılarının mövqeyini öyrənmək və gələcək əməkdaşlıq konturlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir

Analitik qeyd edib ki, Azərbaycan öz konstitusion quruluşunu və suverenliyi təmin etdikdən sonra ilk dəfə bu görüşdə iştirak edəcək:
"Cənab Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını və mövqeyini yenidən geniş auditoriyanın diqqətinə çatdıracaq. Eyni zamanda Ermənistanın təxribatları, sülhdən boyun qaçırması haqqında məlumatlandırılma və məsləhətləşmələrin aparılması üçün çox yaxşı imkandır. Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə bu tədbirə qatılmayacağını ehtimal edirəm. Qərbin təlimatçıları Paşinyanın görüşdə iştirakını maksimum dərəcədə azaltmağa çalışacaqlar. Amma Nikol Paşinyanın iştirak edib-etməyəcəyindən asılı olmayaraq görüş həyata keçiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:52 21.10.2026
Hadisə
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
10:50 21.10.2026
Hadisə
Lənət davam edir: 42 yaşlı nəvəsi də öldü
10:33 21.10.2026
Hadisə
Ebola bu ölkəyə də sıçradı
10:24 21.10.2026
Dünya
“Borussiya”nın futbolçusu: Daha çox qol vurmalı idik
09:53 21.10.2026
Futbol
Ukrayna müharibədə ən dəyərli şeyi itirir - Zelenski
09:45 21.10.2026
Dünya