Qanunsuz məskunlaşdırma ! - "Bu, beynəlxalq konvensiyalara ziddir”
Banuçiçək Kalbalıyeva
15:30 21.09.2020
Siyasət
654
“Düşünürəm ki, etirazlar sadəcə bəyanat səviyyəsində qalmamalıdır”
“Çünki indiki məskunlaşma gələcəkdə həmin ərazilərin tamamilə itirilməsi ilə nəticələnə bilər”
“Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb:
“Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir”.
Bu barədə “Sherg.az”a danışan AĞ Partiya başqanı Tural Abbaslı düşünür ki, düşmən təxtibatı cavabsız qalmamalıdır:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni məskunlaşma bütün beynəlxalq konvensiyalara, qanunlara ziddir. Bu, danışıqları daha da çıxılmaz vəziyyətə salır.
Deməli, düşmən münaqişəni danışıqlar yolu ilə həll etmək niyyətində deyil. Elə isə bizə hərbi əməliyyatlardan başqa yol qalmır. Azərbaycan səbr etməməli, göz yummamalıdır.
Düşünürəm ki, etirazlar sadəcə bəyanat səviyyəsində qalmamalıdır. Çünki indiki məskunlaşma gələcəkdə həmin ərazilərin tamamilə itirilməsi ilə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur