“Qatar gedib”: Rusiyanın yenidən prosesə qoşulmaq cəhdi uğursuz olacaq
10:00 15.10.2025
Siyasət
322
Ermənistan hələ də bəzi məsələlərdə qeyri-müəyyən mövqe tutur
Ola bilsin, müəyyən mərhələdə Rusiya prosesə qayıdaraq ABŞ-dən üstünlük əldə etsin
Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifi qüvvədə qalır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Bununla belə, o qeyd edib ki, sülh müqaviləsinin həyata keçirilməsi üçün hələ ciddi işlər görülməlidir.
“Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları nəzərə alınmaqla, İrəvana və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq”, - Rusiya XİN başçısının müavini vurğulayıb.
Digər tərəfdən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan heç vaxt Konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək.
Onun sözlərinə görə, Konstitusiyaya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir.
Mirzoyan vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bunu ilkin şərt kimi qoymağa davam etsə də, Ermənistan tərəfi belə bir tələbi qəbul etmir:
“Konstitusiyaya dəyişiklik edilməsi məsələsi bizim daxili işimizdir və dövlətimizin daxilində qəbul edilən qərarları heç bir kənar qüvvə diktə edə bilməz”.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, biz Rusiyanı tanıyırıq = o, belə məsələlərdə heç vaxt geri qalmır:
"İndi də siyasətdə bunu açıq şəkildə görürük. Hazırda Azərbaycan-Ermənistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Son dövrlərdə iki ölkə arasında sülh razılaşması istiqamətində ABŞ müəyyən üstünlük əldə edib. Xatırladaq ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza sammitinə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da dəvət olunmuşdu. Tramp çıxışı zamanı İlham Əliyevə müraciət etdi, sülh müqaviləsi ilə bağlı mövqeyini bildirdi. Paşinyanla da müəyyən təmaslar oldu. Rusiya isə sanki demək istəyir ki, axı 2020-ci il 8 noyabrda bu istiqamətdə ilk razılaşma əldə edilmişdi: "Əgər aranızda hələ antaqonizm qalırsa, bizim vasitəçiliyimizlə həllini tapsın". Digər tərəfdən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, guya heç kim onlara referendum məsələsini şərt qoya bilməz. O bildirib ki, bu, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər arasında yoxdur. Amma əslində, rəsmi Bakı açıq şəkildə bildirir ki, referendumun keçirilməsi məsələsi Ermənistanın ərazi iddialarından imtina etməsi ilə bağlı olmalıdır. Mirzoyanın bu fikirləri isə əvvəlki razılaşmalardan geri çəkilmə anlamına gəlir. Bu da onu göstərir ki, Ermənistan hələ də bəzi məsələlərdə qeyri-müəyyən mövqe tutur. Rusiya isə bu vəziyyətdən istifadə edərək yenidən prosesə qoşulmaq və bölgədə itirdiyi təsiri bərpa etmək istəyir. Lakin mənim fikrimcə, artıq “qatar gedib”. Ola bilsin, müəyyən mərhələdə Rusiya prosesə qayıdaraq ABŞ-dən üstünlük əldə etsin. Amma hələlik vəziyyət buna imkan vermir. Əgər Ermənistan bu cür davranışını davam etdirərsə, dediyi şərtlərdən və bəyanatlardan geri çəkilərsə, Azərbaycan tərəfi sahədə daha sərt addımlar atmaq məcburiyyətində qalacaq. Belə olan halda, yenidən hərbi toqquşma riski yarana bilər. Bu isə Ermənistan üçün fəlakət ola bilər. Çünki hərbi qarşıdurma onları daha da çətin vəziyyətə salacaq".
Analitikin fikrincə, Ermənilərə qətiyyən güvənmək olmaz:
"Onlar Vaşinqtonda bir söz deyir, sabah isə gəlir, həmin bəyanatı təkzib edirlər. İndi əsas məsələ odur ki, Azərbaycan tərəfi də aydın mövqe sərgiləsin. Mirzoyanın dediyi kimi, doğrudanmı Azərbaycan referendumu şərt kimi irəli sürməyib? Azərbaycan Xarici İşlər Nazirliyindən bu barədə rəsmi açıqlama verilməli, məsələyə tam aydınlıq gətirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya