Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü başa çatıb.
Sherg.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bundan sonra Fizulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlqoyma mərasimi keçiriləcək:
 "Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasiminin keçirilməsi nəzərədə tutulub. Qardaş ölkələrin rəhbərlərini məscidin təməlqoyma mərasiminə dəvət edirəm".