Qriqoryan Bakının reaksiyasından sonra Azərbaycan tərəfindən üzr istəyib
10:14 04.09.2022
Siyasət
521
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndinə gəlişi iki mümkün səbəbi ola bilər".
"Sherg.az" xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, müharibədən sonra Ermənistan hakimiyyəti yüksək səviyyəli rəsmilərin Qarabağa getməməsi ittihamı ilə üzləşir və belə bir səfərlə Paşinyan “dəstək” nümayiş etdirə bilər:
"Hərçənd, bu versiyanı zəiflədən məqamlar var. Qriqoryanın səfəri haqda rəsmi məlumat nə Ermənistan, nə də separatçılar tərəfindən verilmədi: sadəcə, özü sosial şəbəkədə bir cümlə ilə foto paylaşıb. Fotodan görünür ki, gülqoyma mərasimində təkdir, separatçı rejimin nümayəndələrindən heç biri yanında deyil. Məqsəd Paşinyan hakimiyyətinə qarşı “arsax” ittihamlarına cavab olsaydı, rəsmi İrəvan bunu xüsusilə tirajlayardı. Qondarma rejimdən kimlərinsə iştirakı ilə “mərasim” təşkil olunardı. Daha real görünən versiya Qriqoryanın Qarabağdakı daxili vəziyyəti öyrənmək məqsədilə getməsidir. Müharibədən sonra Araik Nikolla “əməkdaşlığı” davam etdirsə də, Paşinyanın “status iddiasını aşağı salmaq”la bağlı açıqlamasında sonra keçmiş klan və Rusiya ilə yaxınlıq xəttini seçib. Bunun fonunda Xankəndidə erməni baş nazirə qarşı “satqın” ittihamları artıq separatçı rejimin özü tərəfindən dəstəklənir. Bu vəziyyət – İrəvanın Xankəndinə təsir imkanlarının zəifləməsi Azərbaycanla danışıqlarda, xüsusilə sərhəd və kommunikasiyanın açılması prosesində istəklərinə nail olmaq baxımından Ermənistanın əlini zəiflədən məqamdır"
Ekspert istisna etmir ki, Qriqoryan separatçı rejimlə mövqelərin bərpa edilməsi məqsədilə müzakirələr aparıb:
"Qriqoryanın İrəvan üçün “asan keçməyən” Brüssel görüşündən sonra gəlməsi də xüsusi diqqət çəkir. Mümkündür ki, Paşinyan “Qarabağ kartını” ən azı Bakı ilə müzakirələrdə rıçaq olaraq saxlamaq məqsədilə itirmək istəmir. Qriqoryanın səfəri ilə bağlı maraqlı məqamlardan biri isə “168.jam” saytının mənbələrə istinadən yaydığı məlumatdır. Sayt iddia edir ki, Armen Qriqoryan onun səfərinə Bakının reaksiyasından sonra qapalı kanallarla Azərbaycan tərəfindən üzr istəyib. Səfərinin məqsədinin siyasi yox, şəxsi məsələ olduğunu, ata və anasının məzarını ziyarət üçün getdiyini deyib. (Qriqoryan 1983-cü ildə Xocavənddə anadan olub). Bu məlumatın Ermənistan daxili siyasətində informasiya mübarizəsinin parçası olması da istisna deyil. Hərçənd, Qriqoryanın səfərlə bağlı paylaşımında separatçıların qondarma “müstəqillik gününü” təbrik etməməsi, yalnız, “abidəni ziyarət etdim” qeydini yazması da diqqətdən yayınmır. Görünür, İrəvan bir tərəfdən oyun qurmaqla yanaşı, digər tərəfdən, Bakının reaksiyasını da nəzərə almağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi