Rayonlarımız atəşə tutulur! – “Ya Rusiyadan gələn sifarişdir, ya da...”
Yusif Nəzərli
13:40 12.09.2022
Siyasət
537
Ermənistan Silahlı Qüvvələri Azərbaycanla dövlət sərhədindəki üç rayonunda silahlı təxribat törədiblər. Ermənilər sentyabrın 11-i Gədəbəy rayonunun Novoivanovka və Laçın rayonunun Hüsülü yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni silahlı dəstələrinin üzvləri isə Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsini müxtəlif mövqelərini atəşə tutub.
Ermənilərin səngiməyən provokasiyaları barədə "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasovun qənaətincə, təxribatlara "Qisas" əməliyyatının davamı kimi cavab vermək lazımdır:
"Erməni tərəfi sanki əks- hücum gözləyirmiş kimi addımlar atır. Azərbaycan "Qisas" əməliyyatını gerçəkləşdirib. Bundan sonra da həyata keçirəcək. Bilə-bilə təxribatlara əl atırlar. Azərbaycan tərəfindən hərbi əməliyyatların davamını istəyirlər və yaxud gözləyirlər. Ya Rusiya tərəfindən gələn sifariş, ya da erməni lobbisinin fəaliyyətlərinin nəticəsidir.
Rus mətbuatında tirajlanan xəbərlərdə Azərbaycan günahlandırılır. Rusiya ictimaiyyətinə dezinformasiya yayaraq ölkəmizi əvvəlcədən münaqişədə haqsız çıxarmaq üçün işlər görür.
Guya, erməni tərəfi sakit oturub. Dinc həyat istəməsinə baxmayaraq, Azərbaycan onları qıcıqlandırır. Durumu "Qisas" əməliyyatının bir daha təkrarlanması, ardınca yenidən təxribatlara keçilməsi kimi qiymətləndirirəm".
Qeyd edək ki bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi ( MN ) ermənilərin iddiasını təkzib edib. Şayiələrin heç bir real əsası olmadığını və həqiqəti əks etdirmədiyini açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya