
Rəsmi Tehrandan Moskvaya XƏYANƏT! - “Çalışır ki, Rusiyanın boş qoyduğu Ermənistanı “tutsun””
Yusif Nəzərli
14:50 27.10.2022
Siyasət
530
“Son proseslərin fonunda cənub qonşumuzun rəsmi İrəvanla birgə hərbi təlimlər keçirmə istəyi təəccüblü deyil”
“İran bu məsələlərlə Ermənistanın təhlükəsizliyini öz üzərinə götürməyə səy göstərir”
"İranın Azərbaycan Ermənistan arasındakı münaqişədə rəsmi İrəvanın mövqeyindən çıxış etməsinin tarixi keçmişi var".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Birinci Qarabağ savaşında da rəsmi Tehran Azərbaycana humanitar, Ermənistana isə silah yardımı edirdi:
"30 il ərzində dövlətimizin apardığı siyasət məhz Qarabağın azad edilməsi istiqamətində olub. Azərbaycan qələbə qazandıqdan sonra təbii ki, İranın kabusu başladı. Çünki ölkəmiz ərazi baxımından İranla müqayisədə kiçik olsa belə, müharibədən sonra faktiki regional gücə çevrilib.

O cümlədən cənub qonşumuzla sərhədin bərpa edilməsi, onun savaşdan sonra Cənubi Qafqaza girişində Azərbaycandan asılılığı artıb. Rəsmi Bakının güclənməsi rəsmi Tehranın bölgədəki strateji maraqlarına uyğun gəlmir. Həmçinin hesab edirdilər ki, Güney Azərbaycan məsələsi aktuallaşacaq. Faktiki olaraq, 44 günlük savaşdan 2 il ötməsi fonunda bunlara şahidlik edirik. Güneydəki soydaşlarımızın daha güclü Azərbaycana inteqrasiyası gündəmdədir. İranın da düşmən ölkəyə dəstəyinin əsas səbəbi budur".
A.Nərimanlı vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsini motiv olaraq, götürürlər:
"Çünki Zəngəzur koridoru onların düşüncəsinə görə, Azərbaycanın dediyi şərtlər çərçivəsində açılarsa, İranın Cənubi Qafqaza çıxışı tamamilə ölkəmiz və Türkiyənin təsiri altına düşür. Bəzən ölkələr arasında uzlaşılmayan məsələlər yaşansa da, nəticə etibarilə sonda ölkələr masada oturub, problemləri aradan qaldıra bilirlər. İndiyədək İran tərəfi ermənipərəst siyasətini müəyyən qədər pərdələməyə çalışırdı. Amma müharibədən sonra, xüsusən son dövrlərdəki addımlarını artıq gizlətmirlər. Azərbaycana qarşı düşmənçiliyi açıq-aydın elan edirlər. Biz bunu keçirilən təlimlərdə də görürük. SEPAH-ın hərbi rəhbərinin verdiyi üstüörtülü açıqlamalarında da, mətbuatda da görürük”.
Rəsmi Tehranın məhz indi Ermənistana dəstək verməsinin başqa səbəbləri olduğunu söyləyən A.Nərimanlı qeyd edib ki, onlardan biri də Rusiya faktorunun arxa plana keçməsidir:
“Rəsmi Moskvanın Ukraynada başının qarışması Ermənistanı bazara çevirib. Ora daxilolma imkanları artıb. İran çalışır ki, Rusiyanın boş qoyduğu yeri tutsun. Son proseslərin fonunda cənub qonşumuzun rəsmi İrəvanla birgə hərbi təlimlər keçirmə istəyi təəccüblü deyil. İran bu məsələlərlə Ermənistanın təhlükəsizliyini öz üzərinə götürməyə səy göstərir. Fikrimcə, sözügedən proseslər qarşıdakı dövrdə daha da şiddətlənəcək və sərt forma alacaq. Azərbaycana qarşı düşmənliyi, açıq tendensiyanı İranda görə biləcəyik".
Qeyd edək ki, İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya