Rotterdamda “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib - FOTO
Yusif Nəzərli
09:14 18.10.2022
Siyasət
447
Niderlandın Rotterdam şəhərində “Bayraq tariximizdən…” mövzusunda konfrans keçirilib.
Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” ofisində baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca ölkəmizin dövlət müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Ermənistanın müharibə cinayətlərinin qurbanı olmuş mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov tədbirin məram və məqsədlərindən danışıb. Eyni zamanda Türkiyənin şimalında – Amasrada mədən qəzasında həlak olan şaxtaçılarla bağlı qardaş türk xalqına başsağlığı verib.
Məruzəçi qismində çıxış edən BAK sədrinin müavini Sima Cəfərova Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlərin və onlara məxsus bayraqların tarixi barədə ətraflı məlumat verib. S.Nəzərova xalqımıza məxsus tarixi irsin bədxah qüvvələr tərəfindən talan edilməsinə imkan verilmədiyini nəzərə çatdırıb. Həmçinin “İrəvan Komitəsi“ İctimai Birliyinin sədri Tofiq Həsənovun tərtib etdiyi İrəvan xanlığının xəritəsini və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olan dövlətlərin bayraqlarını nümayiş etdirib.
Konfransa videobağlantı vasitəsilə qatılan Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva müasir və müstəqil Azərbaycan Respublikasının bayrağının tarixi barədə danışıb.
BAK sədrinin müavini Sima Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrasda Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin və digər diaspor təşkilatlarının üzvləri, diaspor fəalları və müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat