
“Rus sülməramlıların davranışı sülh prosesinə zərər vura bilər”
“Rus sülməramlıların davranışı sülh prosesinə zərər vura bilər”
Yusif Nəzərli
14:20 09.12.2022
Siyasət
568
Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.
Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.

Müzakirəni “Sherg.az”a dəyərləndirən Demokrat Sol Partiyasının sədri Elşən Manafov bildirib ki, bu məsələləri ABŞ-la müzakirə etməyin mənası yoxdur:
“Nəinki Laçın dəhlizi, bütün Qarabağ ərazisi Azərbaycanındır. Sözügedən fakt beynəlxalq birlik və Rusiya tərəfindən qəbul olunub. Bu mənada rus sülhməramlılarının Qarabağdakı təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı, monitorinq aparmağa gələn Azərbaycanın müvafiq dövlət qurumlarının və media nümayəndələrinin Xankəndinə buraxılmaması isə anlaşılan deyil. Ən azından sülhməramlıların bu hərəkəti Azərbaycan və Rusiya arasında bu ilin fevral ayında əldə edilmiş müqavilənin ruhuna ziddidir.
Digər tərəfdən nəzərə almaq lazımdır ki, Qarabağdakı erməni icması və Azərbaycan xalqı arasında qarşılıqlı anlaşmanın əldə edilməsində KİV-lərin özünəməxsus rolu var. Ona görə də rus sülməramlılar tərəfindən atılan addımlar Ermənistan və Azərbaycan arasındakı sülhə aparan yola zərər vura bilər. Digər tərəfdən rus sülhməramlıları əcnəbi jurnalistlərinin Qarabağa gələrək çəkiliş aparmasına şərait yaradırlar. Məhz bu media nümayəndələrinin Azərbaycan ərazisinə səfəri də rəsmi Bakı ilə razılaşdırılmalıdır:
Partiya rəhbəri qeyd edib ki, rəsmi Vaşinqton onsuzda Rusiyanın Qarabağda olan qüvvələrini çıxarmaq iqtidarında deyil. Çünki Qərb və Aİ Ukraynada Rusiyaya qarşı apardığı müharibədə istədiyinə nail ola bilməyib:
“Amma informasiyanın beynəlxalq birliyə ötürülməsi Azərbaycan diplomatiyasının hüququdur. Bakı bölgədə marağı olan müxtəlif dövlətlərlə bu sahədə təmasları davam etdirməlidir. Amma yenə deyirəm ki, bu məsələləri yalnız Moskvanın özü ilə həll etmək lazımdır.
Ona görə ki, Qərbin də Qarabağ probleminin həllində ədalətli mövqe sərgiləməməsi Azərbaycan ictimaiyyətinə məlumdur. Bu səbəblə də dövlətimiz yalnız özünə arxalanmalıdır və arxalanır. Ümumiyyətlə, Azərbaycan XİN-i bu məsələni elə kontekstdə həll etməlidir ki, Kremllə münasibətlərimizdə ciddi problem yaranmasın. Belə bir məqamdan erməni tərəfi o saat istifadə edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil