Rusiya Azərbaycan-Ukrayna arasındakı əməkdaşlığa zərbə vurmaq niyyəti güdür -ANALİZ
09:33 19.08.2025
Siyasət
376
Rusiya Ukraynada Azərbaycanın maraqlarını hədəfə almağı davam etdirərsə, ikitərəfli münasibətlərinin yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər
Son günlərdə Rusiyanın hücumçu PUA-larla Odessaya endirdiyi zərbələr nəticəsində şəhər ətrafındakı yanacaq-enerji infrastruktur obyektləri yenidən hədəfə alınıb. Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin məlumatına görə, hava hücumundan müdafiə sistemləri aktiv işləsə də, nəticədə ikimərtəbəli binada və enerji obyektində yanğın baş verib. Hədəfə alınan obyektlər arasında SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi də olub.
SOCAR-ın vurulması təkcə Ukraynanın enerji təminatına deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Bu, Moskvanın məqsədyönlü şəkildə rəsmi Bakının Ukraynadakı fəaliyyətinə zərbə vurması və Azərbaycana qarşı düşmən münasibətinin göstəricisi kimi qiymətləndirilir.
Eyni zamanda qardaş Ukrayna xalqına qarşı törədilən vəhşiliklər göstərir ki, Kreml yalnız bu ölkəyə deyil, digər dövlətlərə və xalqlara qarşı da düşmənçilik siyasəti yürüdür. Rusiyanın hərbi cinayətləri, hitlerizmi xatırladan ideologiyası, islamofobiya, dini və milli ayrı-seçkilik siyasəti onun dəyişməz mahiyyətini bir daha ortaya qoyur.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, Rusiya silahlı qüvvələrinin mütəmadi olaraq Ukraynadakı infrastruktur və enerji obyektlərini müxtəlif vasitələrlə bombalaması təccübləndirməyən hadisədir:
"Çox təəssüf ki, yaxın günlərdə Ukraynadakı Azərbaycana məxsus enerji obeyktlərinə qəsdən hücum edilməsi də Rusiyanın ölkəmizə qarşı təhdid siyasətinin bir hissəsidir. Bu hadisənin bir neçədə də təkrarlanması isə onu deməyə əsas verir ki, Ukraynadakı enerji stansiyalarımızın vurulması Rusiya tərəfindən planlı şəkildə edilir.
Lakin Rusiya anlamalıdır ki, ölkəmizin enerji təhlükəsizliyinə qəsdən edilən hücum Azərbaycanla 2022-ci il fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə birbaşa hörmətsizlik, eyni zamanda, mehriban qonşuluq münasibətlərimizə ziddir. İstənilən halda bu addım beynəlxalq hüquqa və Azərbaycan-Rusiya arasında imzalanan sənədlərin ruhuna ziddir və ölkələrimizin maraqlarına cavab vermir. Azərbaycanın, ilk növbədə, Türkiyə, bundan əlavə, Avropa İttifaqı, Mərkəzi Asiya, Çin və ABŞ ilə tərəfdaşlıqlarının şaxələndirməsinə, regionda gələcəyə istiqamətlənən uzunmüddətli layihələrin həyata keçirilməsinə, ölkəmizin strateji təhlükəsizliyi və iqtisadi inkişafının və maraqlarının təmin edilməsinə Rusiya tərəfindən qısqanclıqla yanaşlır. Bu səbəbdən də Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamağa çalışan, bütün məsələlərin onun diktəsi ilə reallşmasını istəyən Rusiya Azərbaycana qarşı əlində olan bütün təsir vasitələrini işə salaraq, ölkəmizə yönələn aqressiv ritorika nümayiş etdirir".
Analitikin fikrincə, Rusiya bu addımlarla, həmçinin Azərbaycan ilə Ukrayna arasında energetika və humanitar sahələrdəki əməkdaşlığa da zərbə vurmaq niyyəti güdür:
"Əgər Rusiya Ukraynada Azərbaycanın maraqlarını hədəfə almağı, ümumilikdə isə ölkəmizə qarşı təhdid və təzyiqlərini davam etdirərsə, bu, ikitərəfli münasibətlərinin yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə
Kim Çen In qızı ilə birlikdə yeni hərbi texnikanı sınaqdan keçirib
10:33 20.03.2026
Dünya
Rusiya Zaporojyeni atəşə tutdu: ölənlər var
10:25 20.03.2026
Dünya
İranın müxtəlif şəhərlərinə genişmiqyaslı zərbələr endirilib
10:16 20.03.2026
Gündəm