Rusiya digər ölkələrə də təzyiq göstərməyə çalışır-ŞƏRH
Yusif Sultanoğlu
08:56 02.12.2023
Siyasət
468
Lavrovun təhdidi boşuna deyil və Moldova üçün böyük riskdir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moldova üzərindən postsovet ölkələrini təhdid edib. XİN başçısı bildirib ki, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Lavrov Moldovanın federallaşdırılması yolu ilə Dnestryanı münaqişənin həllinə dair 2003-cü ildə imzalanmış Kozak Memorandumunu xatırladıb: “Bu, Moldovadakı vəziyyəti 20 il əvvəl etibarlı şəkildə həll edə bilərdi. İndi də onlar “5+2” formatını öldürürlər. Dnestryanı probleminin nizamlaması üzrə birgə səylərdən qalan son qurumu da..". Baş diplomat vurğulayıb ki, hazırda Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg az"a bildirib ki, Rusiyanın öz qonşuları, xüsusən postsovet ölkələri ilə təhdid dilində danışması yeni deyil. Ekspert bəyan edib ki, Moskva özünü bir qədər müstəqil aparan, Qərbə meyl edən respublikalara müxtəlif formalarda təzyiq edib, güc tətbiq etməklə, şantajla onları hədələyib:
"Çünki Kreml həmin ölkələrin müstəqil xətt yürütməsindən narahatlıq duyub. Moldova ərazisində qondarma "respublika" Rusiyanın birbaşa iştirakı ilə yaradılıb. Baxmayaraq ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatları təzyiqi ilə, o cümlədən sonuncu İstanbul sammitində də öz qoşunlarını Moldova ərazilərindən geri çəkmək öhdəliyini üzərinə götürmüşdü. Amma göründüyü kimi Rusiya öz öhdəliklərini yerinə yetirmir. Təbii ki, Lavrovun təhdidi boşuna deyil və Moldova üçün böyük riskdir. Rusiyanın yürütdüyü siyasət zorakılığa, hərbi gücə, aqressiyaya yönəlikdir. Ortada Gürcüstan təcrübəsi, Ukrayna faktoru var. Ona görə də Moldovanın gələcəkdə Rusiyanın hərbi müdaxiləsi ilə üzləşəcəyi ehtimalı qalır".
Ə.Oruclu vurğulayıb ki, Qərbin də Rusiyaya təzyiq və təsir rıçaqlarının güclü olmadığı bəlli oldu:
"Bundan ruhlanan Rusiya digər ölkələrə də təzyiq göstərməyə çalışır, təhdidvari açıqlamalar verir. Məsələ Moldova ilə bitmir. Bir müddət öncə S.Lavrov bildirmişdi ki, Qərbin Mərkəzi Asiya ölkələrinə səfərləri Kremli narahat edir. Rusiya birmənalı bəyan edir ki, keçmiş SSRİ məkanı Moskvanın tarixi nüfuz dairəsinə aiddir. Kremlə görə, heç kim bu bölgələrə müdaxilə etməməlidir. Ona görə də Rusiyanın təhdidlərinə ciddi yanaşılmalıdır. Çünki Qərb həmin ölkələri Rusiyanın təcavüzündən qoruya bilmir. Bu da Qərbin nüfuzuna ciddi zərbə vurur".
Analitik diqqətə çatdırıb ki, Qərb bir çox məsələyə ikili standartlardan yanaşdığı üçün digər dövlətlərin ABŞ və Avropaya inamı, etimadı azalıb:
"Bu da Rusiyanın daha geniş əl-qol açmasına imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm