Rusiya dirəniş göstərir: "Öz xoşları ilə çıxsınlar!" - RƏY
14:32 01.11.2023
Siyasət
464
Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinin Qarabağ iqtisadi rayonu ərazisində rotasiyası başa çatır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilir”, - nazirliyin məlumatında deyilir.
Məsələyə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a vurğulayıb ki, rus sülhməramlılarının həm texnika, həm də şəxsi heyətinin bölgədən çıxarılması üzərinə foto materiallar və ümumi məlumatlar yayılır:
" Ruslar hələ də özlərinin bölgədə olduqlarını bildirmək istəyirlər. Amma bu o demək deyil ki, onlar bölgədən heç zaman getməyəcək. Yəni artıq münaqişə tərəfi olmadığı üçün Rusiya sülhməramlılarına ehtiyac belə yoxdur. Bu məsələ üç tərəfli bəyanata əsasən 2025-ci ilin sonuna 6 ay qalmışa qədər irəli çəkilə də bilər. Rusiyanın 1960 nəfərdən ibarət sülhməramlıları ehtiyac olmadığı halda bölgədə saxlamasına səbəb Xocalıdakı hərbi baza və postlardır. Ümumiyyətlə, bu postların 70-80%-i ləğv edilib. Rusiya birgə fəaliyyət üçün sonuna qədər dirənəcək. Amma əsaslı səbəbləri yoxdur.
Rusiya sülhməramlıların çıxarılmasını öz xoşu ilə etsə, daha yaxşı olar. Rusiyanın Ermənistanda rus yönümlü rəhbəri gətirmək və yaxud yenidən bölgəyə ermənilərin gətirilməsini təmin edərlər kimi planları var. Amma bu zaman Azərbaycanın planlarını hesaba qatmırlar. Qarabağ Azərbaycanın daxili məsələsidir və orada ikinci bir ölkənin qüvvəsinə ehtiyac da yoxdur. Rusiya sülhməramlıları gedəcək və getməyə məcburdurlar. Sadəcə olaraq bölgədə müəyyən qədər hərbi infrastruktur və qərargahları var. Onları isə birdən-birə sıfırlamaq mümkün deyil. Bunu erkən etsələr daha faydalı olacaq. Çünki həmin hərbçilərə burada deyil, Ukrayna savaşında daha çox ehtiyac duyulur. Rusiya sülhməramlılarının və monitorinq mərkəzinin çıxarılmasını gözləməliyik. Təbii ki, cəmiyyətdə bunun üzərinə olan narahatlığı başa düşüləndir. Amma bilməliyik ki, sülhməramlıların ambisiyaları əvvəlki kimi deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial