Rusiya iki dəfə düşünməlidir
Banuçiçək Kalbalıyeva
08:46 07.10.2020
Siyasət
764
Qarabağ prosesinə müdaxilə etsə, qarşısında Türkiyəni görəcək
Rusiyanın Baş Naziri Mixail Mişustinin İrəvana səfəri ilə bağlı məlumat yayılıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə danışarkən məsələnin araşdırıldığını deyib. “Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq”- deyə, o, bildirib.
Hər halda əgər bu həqiqətdirsə, məqsəd nədir? Putin Paşinyanı adam yerinə qoymayıb, telefonuna cavab vermirsə, baş nazir niyə İrəvana rəsmi səfər etsin?!
Bu barədə “Sherg.az”a danışan politoloq Natiq Mirinin fikrincə, əsas müzakirə mövzusu düşmənə hansısa formada dəstəkdir:
“Əgər bu həqiqətdirsə, xoş niyyətdən xəbər vermir. Tərəflər arasında hər gün telefon danışıqları olur. Rusiya prezidenti Vladimir Putindən və müdafiə naziri Sergey Şoyqudan fərqli olaraq, xarici işlər naziri Sergey Lavrov bu dialoqlarda daha fəaldır.
Azərbaycanın əks-hücum əməliyyatlarını uğurla davam etdirməsi, beynəlxalq hüququn bizim yanımızda olması, həmçinin qardaş Türkiyənin dəstəyi prezident səviyyəsində müdaxiləni məhdudlaşdırır. Rusiya bilir ki, müharibəyə açıq-aydın hərbi müdaxilə edərsə, qarşısında Türkiyəni görəcək.
Rəsmi Moskva bunu əsla istəmir. Çünki tərəflər Suriya və Livanda səhnə arxasında mübarizə aparırdılar və həmin əməliyyatlardakı aqibəti yaşamaq Kremlin ürəyincə deyil. Amma, həqiqətən, Rusiya baş naziri Ermənistana rəsmi səfər edibsə, İrəvana silah, hətta muzdlu döyüşçülərin aparılması ehtimalı böyükdür.
Çünki danışıqları telefonla da rahatlıqla aparmaq olardı. Onu da deyim ki, yaxın saatlarda Dağlıq Qarabağda Vaqner muzdularının olması ilə bağlı artıq məlumat yayılıb. Yəni Vaqnerin yaradıcısının bu barəəd təkzibləri inandırııc deyil”.
N.Mirinin sözlərinə görə, bu, bizi qorxutmamalıdır:
“Azərbaycan əsgəri üçün nə fərqi var ki, vurduğu kimdir? Nişangahda erməninin, PKK döyüşçüsünün, ya da hansısa muzdlunun olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, biz hərbi əməliyyatlarımızı uğurla davam etdirir və öz torpaqlarımızı təmizləyirik”.
Politoloq, həmçinin rəsmi Moskvanın davam edən genişmiqyaslı hərbi əməliyyatlara dair mövqeyinə də toxundu:
“Rusiya Ermənistana dəstək göstərir. Onun məqsədi Paşinyanın imicini azaltmaqla devrilməsini təmin etmək olsa da, prosesinin uzanmasının və sonradan həllini tapmadan dayanmasının tərəfdarıdır.
Çünki Dağlıq Qarabağ probleminin hərbi yolla, özü də birdəfəlik həlli Rusiyanın tərəflərə təzyiq imkanlarını xeyli məhdudlaşdıracaq, onun regiondakı nüfuzuna ciddi zərbə olacaq.
Buna baxmayaraq, Kreml bilməlidir ki, onun məsələyə hərbi müdaxiləsindən sonra Türkiyə də müharibəyə qoşulacaq. Ona görə də qərar verməzdən əvvəl iki dəfə düşünməlidir. Rusiyanın Qarabağ bataqlığına çəkilməsi Suriyadakı aqibəti yenidən yaşaması ilə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə