Rusiya ilə gərginliyin uzun çəkməyəcəyi gözlənilirdi - ŞƏRH
11:01 11.10.2025
Siyasət
496
"Bu, hər iki tərəfin ziyanına olardı. Odur ki, liderlər ikitərəfli münasibətlərin normallaşması üçün diplomatik iradə ortaya qoydular"
Dövlətlər arasında münasibətlər zamanla dəyişə, müxtəlif çətinliklərdən keçə bilər. Lakin tərəflər arasında ortaq maraqlar və əməkdaşlıq istəyi varsa, bu münasibətləri davam etdirmək mümkündür. Azərbaycan ilə Rusiya arasında olan əlaqələr də uzun illərdir formalaşan, bir çox sahələri əhatə edən əməkdaşlıq üzərində qurulub. Hər iki ölkə regionda mühüm rol oynayır.
Bu səbəbdən də aralarındakı münasibətlərin sabit qalması hər iki tərəf üçün önəmlidir. Zaman-zaman fikir ayrılıqları və gərginliklər yaşansa da, həm Bakı, həm də Moskva bu münasibətləri qorumağın vacibliyini anlayır. Çünki siyasi və iqtisadi maraqlar, eyni zamanda bölgədəki ümumi vəziyyət belə bir əməkdaşlığın davam etməsini zəruri edir.
Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında Azərbaycanın bu gün Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan önəmli tərəfdaş olduğunu söyləyib:
"İki ölkə arasındakı ticarət əlaqələri Moskva üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Rusiya beynəlxalq təcrid şəraitində olduğu bir dövrdə Azərbaycanla diplomatik münasibətlərin qorunması onun üçün strateji zərurətdir. Digər tərəfdən, Azərbaycan həm də Ukrayna ilə münasibətləri olan bir dövlət kimi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, rəsmi Bakının vasitəçilik rolu, hətta epizodik formada belə, gündəmə gələ bilər. Bütün bunlarla yanaşı, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq da güclənir. Rusiya da bunu nəzərə alaraq ağıllı addım atmağa çalışır. Çünki Azərbaycana təzyiq göstərmək nə praktik, nə də səmərəli olardı. Əksinə, Moskva üçün Azərbaycanla münasibətləri qorumaq, onu strateji tərəfdaş kimi itirməmək daha məqsədəuyğundur. Bu addımlar həm də Rusiyanın Qərbin regionda mövqelərini məhdudlaşdırmaq cəhdinin tərkib hissəsidir. ABŞ-nin regiondakı aktivliyini nəzərə alsaq, Rusiyanın öz mövqeyini yenidən qiymətləndirməsi təəccüblü deyil".
Analitik Rusiyanın Azərbaycanın ədalətli şərtləri ilə razılaşmasının həm zərurətdən irəli gəldiyini, həm də Prezident İlham Əliyevin böyük diplomatik şahmat taxtasında atdığı məqsədyönlü, ağıllı addımların nəticəsi olduğunu bildirib:
"Rusiya və Azərbaycan dost dövlətlərdir. Münasibətlərdə əvvəllər də dalğalanmalar olub. Amma gərginliyin uzun çəkməyəcəyi gözlənilirdi. Bu, hər iki tərəfin ziyanına olardı. Odur ki, liderlər ikitərəfli münasibətlərin normallaşması üçün diplomatik iradə ortaya qoydular".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya