Rusiya Qərbə “yox” dedi! – “Minsk qrup faktiki olaraq ləğv olunub!
Yusif Nəzərli
14:56 28.06.2022
Siyasət
635
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Amma rusiyalı həmsədr dəvəti qəbul etməyib.APA xəbər verir ki, bu barədə ABŞ dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun "Twitter" hesabında məlumat verilib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, Minsk qrupu fəaliyyətini dayandırıb və bunun təşəbbüskarı ABŞ-la Fransa olub.
Rusiyayla Qərb arasında olan bu çəkişmənin Azərbaycan üçün hansı nəticələr doğuracağı marağa səbəb olub.Məsələ sosial şəbəkələrdə müzakirə olunub və istifadəçilər iki hissəyə bölünüb. Bir tərəf Minsk qrupunun öz intensivliyini itirdiyini müdafiə edib.Digər tərəf isə Rusiyanın Regiondakı hegemonluğunu göstərmək üçün danışıqlar masasına oturmaqdan imtina etdiyini deyib.
Minsk qrupun real həyat əlaməti qalmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, Rusiya onunla bir masaya oturmaq istəməyən tərəflərlə danışıqlardan imtina edib.
"Minsk qrupu artıq əhəmiyyəti olmayan bir qurumdur və heç bir real nəticələr ortaya qoya bilməyib. Lakin biz ATƏT-in özünün Qarabağ münaqişəsində iştirakını dəstəkləyirik. ATƏT sülhyaratma missiyasında, həmin ərazilərin bərpasında və.s də müsbət rol oynaya bilər.
Minsk qrupunun isə fəaliyyətini Ermənistan tərəfi və himayədarları istəyir. Fransa, ABŞ və Rusiya Minsk qrupunu ayaqda saxlayaraq, bütün prosesi onun üzərindən həyata keçirmək istəyirlər. Azərbaycan isə istəyir ki, məsələni Azərbaycan, Ermənistan və digər əlaqədər ölkələr həll etsinlər. Ümumilikdə Ukrayna münaqişəsinə görə Qərb Rəsmi Moskvanı qəbul etməməyə başladı və Rusiya ilə heç bir masada oturmayacağını bildirdi.Bundan sonra Rusiya məcbur oldu ki, belə addımlar atsın.
Çünki, Rusiyanı artıq ciddi qəbul edən ölkə yox idi. Bundan sonra Minsk qrupu formatını canlandırmaq istəyən ABŞ-a Kremldən “yox” cavabı gəldi. Üç həmsədr ölkənin bir masaya oturmadığı bir qrup onsuz da faktiki olaraq ləğv olunub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm