
Rusiyanın güc strukturlarının azərbaycanlılara qarşı etdikləri vəhşilik bizə təzyiq niyyəti daşıyır -ŞƏRH
11:57 19.08.2025
Siyasət
495
Onların istədikləri azərbaycanlıları da Rusiyadakı haylarsayağı öz dövlətlərinin əleyhinə yönəltməkdir
SOCAR-ın Odessadakı neft bazasına endirilən zərbə, Trampın bizim regionda dayanıqlı sülh yaratmaq planına kremldəkilərin özlərinə xas şəkildə cavabıdır
Son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı artan həbslər və təzyiqlər təsadüfi deyil. Atılan addımlar həm ölkəmizə təzyiq göstərmək, həm də Rusiyada yaşayan soydaşlarımızı qorxudaraq bəlli dairələrin istəklərinə tabe etdirmək məqsədi daşıyır. Vətəninə bağlı olanların cəzalandırılması, iş adamlarına qarşı basqılar bunun açıq sübutudur. Bu proseslər eyni zamanda Rusiyanın imperiya iddialarından əl çəkmədiyini və bu yolda ziddiyyətli addımlar atdığını göstərir.
Bu fonda SOCAR-ın Ukraynadakı infrastrukturuna endirilən zərbəni də sıradan bir hərbi əməliyyat kimi dəyərləndirmək sadəlövhlük olardı. Görünən odur ki, bu, regionda sülh və sabitlik naminə atılan addımlara, xüsusilə də ABŞ-nin Cənubi Qafqazda yeni düzən qurmaq təşəbbüslərinə Kremlin vermiş olduğu siyasi və simvolik cavabdır.
Millət vəkili Sahib Alıyev Sherg.az-a imperialist ideyalardan uzaqlaşmayan Rusiyanın ölkəmizə qarşı sərgilədiyi ritorika barəsində danışıb:

"Rusiyanın güc strukturlarının orada yaşayan azərbaycanlılara qarşı etdikləri vəhşilik və həbslər ilk növbədə bizə təzyiq niyyəti daşıyır. Lakin eyni zamanda o dövlətin mahiyyətini də ortaya qoyur. Paradoksal görünəcək, amma məsələ burasındadır ki, Rusiyada imperiya mərəzindən qurtulmaq istəmədikləri halda imperiya olaraq qalmalarına böyük zərbə vuran addımlar atmaqdan da çəkinmirlər. Hətta öz vətəndaşları olan və ruslardan əvvəl o torpaqlarda yaşayan xalqların təmsilçilərinə yanaşmada da ksenofob davranışlar görürük. Bu da onlardakı aşağılıq kompleksindən irəli gəlir".
Parlamentari Rusiyada soydaşlarımızın sıxışdırılması məsələsinə də toxunub:
"Burada öz vətənlərinə bağlı olanları cəzalandırmaqla yanaşı başqa bir məkrli niyyət də var ki, digər azərbaycanlı iş adamlarının gözləri qorxsun və oradakı bəlli strukturların təlimatına uyğun hərəkət etsinlər. Solovyov kimi ünsürlərə dedirtdiklərindən də bəllidir ki, onların istədikləri azərbaycanlıları da Rusiyadakı haylarsayağı öz dövlətlərinin əleyhinə yönəltməkdir. Rusiyanın nə bu hərəkəti, nə də SOCAR-ın Ukraynadakı yanacaq infrastrukturuna endirilən zərbə təbii ki, cavabsız qalmayacaq. SOCAR-ın Odessadakı neft bazasına endirilən zərbə, Trampın bizim regionda dayanıqlı sülh yaratmaq planına kremldəkilərin özlərinə xas şəkildə cavabıdır.
Ümid etmək istərdim ki, Vaşinqtonda da təcriddən çıxacağı halda daha da azgınlığaşacağını gizlətməyən Rusiyanın həddini aşmasıyla bağlı gərəkən addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial