Səfir: Ukrayna üçün Qarabağ müharibəsi mühüm istiqamət göstərir
Yusif Nəzərli
06:21 19.10.2025
Siyasət
360
"Bu gün öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukrayna üçün birinci Qarabağ müharibəsinin və 1994-cü il Bişkek protokolunun təcrübəsi ədalətli və dayanıqlı sülh axtarışında mühüm istiqamət göstərir".
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev bildirib.
Diplomat qeyd edib ki, bu gün Rusiya təcavüzü ilə üzləşmiş Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi xüsusilə dəyərlidir.
"Qarabağ təcrübəsini təhlil edərkən görmək olar ki, hətta uzunmüddətli və dağıdıcı münaqişələrdən sonra belə sülh siyasi iradə, beynəlxalq dəstək olduqda və strateji səviyyədə fəaliyyətlər əlaqələndirildikdə mümkündür. Bunun mühüm nümunəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə sülh bəyannaməsini imzalamasıdır. Regionda təhlükəsizlik vəziyyətini dəyişdirən bu tarixi hadisə beynəlxalq vasitəçilik və liderlərin qətiyyətinin böhran vəziyyətlərini sülh və inkişaf üçün real imkanlara çevirə biləcəyini vurğulayır", - o deyib.
Ətraflı
Onun fikrincə, bu gün Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin mühüm amilidir.
"Hər iki ölkəni öz suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi, həmçinin təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahələrində uzunmüddətli inkişaf üçün etibarlı zəmin yaradan fəal əməkdaşlıq birləşdirir. Azərbaycan da Ukrayna kimi dövlət müstəqilliyinin təmin edilməsi və istənilən sülh prosesinin uğuru üçün beynəlxalq dəstəyin həlledici əhəmiyyətini çox yaxşı anlayır", - səfir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya