Səmərqənddə Ərdoğan və Putin arasında görüş keçirilib - VİDEO
Yusif Nəzərli
15:07 16.09.2022
Siyasət
462
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Səmərqənddə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar 40 dəqiqə davam edib.
Liderlərin görüşü Özbəkistanda keçirilən ŞƏT sammiti çərçivəsində keçirilib.
Görüş zamanı Putin Ərdoğana taxıl müqaviləsinin həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib. O, Ukrayna taxılının əhəmiyyətli hissəsinin ən kasıb ölkələrə gedəcəyinə ümid etdiyini bildirib.
Rusiya Prezidenti həmçinin Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün sualların həll olunduğunu, sənədlərin dünən imzalandığını diqqətə çatdırıb. O, atom elektrik stansiyasının ilk blokunun 2023-cü ildə işə salınacağına inandığını vurğulayıb.
Danışıqlar zamanı tərəflər arasında qaz nəqli məsələsinə də toxunulub.
“Türkiyə Rusiyadan qaz tədarükü üçün ən etibarlı marşrutlardan birinə çevrilib. “Türk axını” fasiləsiz işləyir. Türkiyənin Rusiya təbii qazına görə ödənişlərin 25 faizini rublla etməsi ilə bağlı razılıq əldə olunub. Tezliklə bu qərar qüvvəyə minəcək” – deyə Putin bəyan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya