Sərt Təpki: “Qarabağdakı erməni terrorçuları Volkov himayə edir”
Yusif Nəzərli
14:54 10.03.2022
Siyasət
880
“Rusiya KİV-ləri həmin silahlı dəstələri göydən, havadan gələn “terrorçularla” səhv salıblar”
“Rusların gözünün önündə real terrorçu dəstələr var və onlar qanunsuz erməni silahlılarıdır”
Rusiyanın “Ria Novosti” Agentliyi Türkiyə əleyhinə növbəti dezinformasiyanı tirajlayıb. Azərbaycan və qardaş Türkiyə əleyhinə dəfələrlə feyk xəbərlər yayan rus nəşri iddia edib ki, guya Türkiyə 2020-ci ildə, yəni 44 günlük müharibədə Azərbaycana kömək üçün Suriyadan Qarabağda gətirdiyi 2 mindən çox suriyalı terrorçuları bölgədən çıxararaq Ukraynaya, ruslara qarşı savaşmağa göndərib. Guya həmin döyüşçülər Ukrayna hakimiyyətinin yaratdığı “xarici legiona” qoşulublar.
Xatırladaq ki, “Ria Novosti” və digər rus KİV-ləri Vətən müharibəsi dövründə də bənzər ittihamları gündəmə gətirmiş, ermənilərə qarşı “suriyalı terrorçuların” savaşdığını iddia etmişdi. Bu cür xəbərlərin uydurma olduğu hamıya bəllidir. Bunun əksinə, Ermənistan tərəfindən Azərbaycanın əraziləri işğal edilərkən hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Livandan, o cümlədən İraq və Suriyadan Ermənistana, oradan da Qarabağa terrorçuların gətirilməsi ilə bağlı çoxsaylı faktlar nəinki Azərbaycan və Türkiyə, həmçinin əcnəbi ölkələrin mediasında da işıq üzü görüb.
Siyasi şərhçi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Sherg.az”a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynanı işğal planında uğursuzluq və müdafiə nazirliyinin yol verdiyi ciddi səhvlər günahı kiminsə boynuna atmaq üçün zəmin yaradıb. Ekspert bildirib ki, müharibə dövründə Azərbaycan ərazisində Ermənistan silahlı birləşmələrinə qarşı hansısa terrorçunun, muzdlu əsgərin döyüşmədiyi hamıya bəllidir:
“Bu faktlar Rusiya tərəfinə daha yaxşı bəllidir. Çünki faktiki olaraq Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzində birlikdə fəaliyyət göstərirlər. Moskva Qarabağda kənar hansı kontingentin yerləşdiyini gözəl bilir. O baxımdan belə uydurma, absurd informasiyaların tirajlanması “Ria Novosti”nin növbəti təxribatıdır. Təxribat olmaqla yanaşı, mahiyyət etibarı ilə utancverici yanaşma tərzidir. Türkiyə və Azərbaycan regionda, bütün postsovet məkanında sülhün, əmin-amanlığın bərpa olunmasına çalışır.
Rusiyanın Antalyada keçirilən görüş fonunda müsbət məqamlara köklənmək əvəzinə baş verən uğursuzluqların günahını Azərbaycanda, yaxud Türkiyədə axtarması gülüncdür.
Diqqətə çatdırım ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın əsas prinsiplərindən biri hələ də yerinə yetirilməyib. Azərbaycan ərazilərində qanunsuz erməni silahlıları qalmaqdadır. Sirr deyil ki, torpaqlarımızdakı erməni silahlı birləşmələrini Rusiya sülhməramlılarının komandanı Volkov himayə edir.
Rusiya KİV-ləri Qarabağdakı erməni terrorçularını, göydən, havadan gələn “terrorçularla” səhv salıblar. Rusların gözünün önündə real terrorçu dəstələr var və onlar qanunsuz erməni silahlılarıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət