"Şimal ayısı" həzm edə bilmir: Rusiyanın hücumları Azərbaycan-Ukrayna tərəfdaşlığını zəiflətməyə yönəlib
10:16 20.08.2025
Siyasət
421
Azərbaycanın Ukraynaya enerji təchizatı Rusiyanın bu sahədəki monopoliyasını sındırır
Son dönəmlərdə Rusiyanın PUA-larla Odessaya endirdiyi zərbələr nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektləri bir daha hədəfə alınıb. Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin açıqlamasına görə, hava hücumundan müdafiə sistemlərinin fəal işləməsinə baxmayaraq, zərbələr nəticəsində ikimərtəbəli binada və enerji obyektində yanğın baş verib. Hədəf alınan obyektlər arasında Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi də yer alıb.
SOCAR-a məxsus obyektin vurulması təkcə Ukraynanın enerji infrastrukturuna zərbə vurmaqla məhdudlaşmır, həm də Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradan amil kimi qiymətləndirilir. Bu hadisə, Moskvanın məqsədyönlü şəkildə rəsmi Bakının Ukraynada fəaliyyətini hədəfə alması, eyni zamanda Azərbaycana qarşı düşmən mövqeyinin açıq göstəricisi kimi dəyərləndirilir. Analitiklərin fikrincə, bu cür hücumlar Rusiya ilə Azərbaycan arasındakı siyasi və iqtisadi əlaqələrə mənfi təsir göstərməklə yanaşı, regiondakı geosiyasi balansı da dəyişdirə bilər.
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Rusiyanın Odesa vilayətində SOCAR-a məxsus neft anbarını 5 ədəd "Shahed" dronu ilə hədəfləməsi yalnız enerji infrastrukturunun vurulması deyil, həm də regional geosiyasət və enerji təhlükəsizliyi kontekstində ciddi məsələlərə işarə edir:
"Bu hücumlar Azərbaycan-Ukrayna tərəfdaşlığının zəifləməsini hədəfləyən məqsədyönlü bir strategiya kimi qiymətləndirilə bilər. Həmçinin Rusiya Ukraynanın cənub Odesa bölgəsində SOCAR-a məxsus neft anbarını və ABŞ və Azərbaycandan maye təbii qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasını vurub. Bu hücumlar təsadüfi deyil və bir neçə vacib məqsədi güdür. İyul ayında Ukrayna ilk dəfə olaraq Transbalkan marşrutu vasitəsilə Azərbaycan qazının test həcmini pompalayıb. Həmçinin Azərbaycandan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib. Bu inkişaf Rusiyanın enerji hegemonluğuna ciddi təhdid törətməkdədir. Rusiya enerji sektorunda üstünlüyünü qorumaq və Ukraynanın enerji mənbələrini diversifikasiya etmək cəhdlərininin qarşısını almaq istəyir. Azərbaycanın Ukraynaya enerji təchizatı Rusiyanın bu sahədəki monopoliyasını sındırır. Bu hücumlar Azərbaycan-Ukrayna arasında formalaşan strateji tərəfdaşlığı zəiflətməyə yönəlib".
Deputat qeyd edib ki, Rusiya bölgədə təsirini qorumaq və yeni geosiyasi blokların yaranmasının qarşısını almaq istəyir:
"Azərbaycanın artan regional rolu və Qafqazda müstəqil enerji strategiyası Rusiyanın narahat edir. Azərbaycan və Ukrayna prezidentlərinin telefon danışığında "bu hücumların ölkələr arasında enerji əməkdaşlığına mane olmayacağına" əminlik ifadə edilib. Bu, Bakının qərarlı olduğunu göstərir.
Rusiyanın Ukraynada Azərbaycana məxsus enerji obyektlərini hədəfləməsi təkcə infrastruktur hücumları deyil, həm də Bakı-Kiyev tərəfdaşlığını zəiflətmək üçün məqsədyönlü geosiyasi strategiyadır. Bu hücumlar regional güc balansını dəyişdirməyə, enerji diversifikasiyasının qarşısını almağa və Rusiyanın enerji hegemonluğunu qorumağa yönəlib. Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyi kimi, "bunlar təkcə bu obyektlərə deyil, həm də bizim (Azərbaycanla) əməkdaşlığımıza qarşı qəsdən edilən hücumlardır". Nəticədə bu hücumlar iki ölkə arasında əməkdaşlığı daha da gücləndirə və Rusiyanın bölgədəki təsirini əksinə zəiflədə bilər. Regional enerji təhlükəsizliyi və geosiyasi stabillik baxımından bu proseslərin izlənməsi, eyni zamanda düzgün qiymətləndirilməsi böyük əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm