Sloveniya Azərbaycanla minasızlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsini istəyir
Yusif Nəzərli
16:53 24.09.2022
Siyasət
519
Sloveniya ilə Azərbaycan arasında minasızlaşdırma sahəsində əməkdaşlıq genişləndirilməlidir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a verilən məlumata görə, bu barədə Sloveniyanın xarici işlər naziri Tanja Fajon Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın əhəmiyyətli rol oynadığını deyən nazir, iqtisadi fəaliyyət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib.
Nazir görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, post-münaqişə dövründə Ermənistanın təxribatları, bölgədəki genişmiqyaslı mina təhdidləri barədə məlumat verib.
Azərbaycanla Sloveniya arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Sloveniya xarici işlər naziri iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib. Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, bölgəmizdə yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.
Görüş zamanı, ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm