Soçidə Putinlə Paşinyan arasında təkbətək görüş başa çatdı – YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
15:01 31.10.2022
Siyasət
392
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri arasında təkbətək görüş başa çatıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də nəzərə alınmaqla tərəflər ümumilikdə 2 saatdan artıq müzakirələr aparıblar.
Mənbə: Vesti.ru
16:58
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş başa çatıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş bir saatdan artıq davam edib. Tərəflər görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların yerinə yetirilməsi və ikitərəfli gündəmdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Hazırda Rusiya və Ermənistan liderlərinin təkbətək görüşü başlayıb.
16:00
“Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.
15:39
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş start götürüb.
Bu barədə Vesti.ru məlumat yayıb.
“Bakı və İrəvan arasında problem artıq uzun illərdir davam edir, nə vaxtsa buna son qoymaq lazımdır. Bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var. Biz bunu dəstəkləyirik. Nəqliyyat kommunikasiyalarının açılması həmçinin iqtisadiyyat və sosial sahənin inkişafı ilə əlaqədardır. Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir.
Bu bizim üçün xüsusi vəziyyətdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, - deyə görüşdə V.Putin bildirib.
Öz növbəsində görüşdə Nikol Paşinyan bildirib ki, Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üzrə Rusiya layihəsinin təklif etdiyi yanaşma İrəvan üçün qəbulediləndir.
“Delimitasiya üzrə işlərin başlanmasından əvvəl iki ölkənin sərhədində təhlükəsizliyin artırılması lazımdır”, - deyə N.Paşinyan bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm