
“Sülh müqaviləsi Ermənistanın daxili vəziyyətini gərginləşdirəcək”
Yusif Nəzərli
16:30 03.02.2022
Siyasət
844
Ermənistanın “Vətəndaş sazişi” Partiyasının prezidentliyə namizədi Vaaqn Xaçatryan yerli televiziya kanalına müsahibəsi verib. O müsahibə zamanı bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır:
“Mən düşünürəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları anlamalıdır ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq belə, sülhə çalışmalı, digərləri ilə münasibətdə bunu rəhbər tutmalıyıq”.
V.Xaçatryan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini müsbət qiymətləndirdiyini vurğulayıb: “Prosesi davam etdirmək lazımdır.Nəticədə bu iqtisadi və siyasi münasibətlərə gətirib çıxaracaq”. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışı zamanı rəsmi İrəvan və Bakının dəmiryolu kommunikasiyalarının açılmasına yaxın olduğunu deyib: “Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatoru Rusiya Dəmir Yolları olacaq”

AĞ Partiyanın sədri Tural Abbaslı Vaaqn Xaçatryanın və Nikol Paşinyanın bu açıqlamlarını “Sherg.az” a şərh edib. O bildirib ki, Ermənistan faktiki olaraq Azərbaycanın yekun sülhlə bağlı şərtləri ilə razılaşmayıb:
“Amma ümumi sülh müqaviləsində nəzərdə tutulacaq şərtlərin qeyri-rəsmi şəkildə razılaşdırılması elə sülh deməkdir. Bu məsələnin üzərində çox da dayanmaq lazım deyil. Sülh müqaviləsi Ermənistanın daxili vəziyyətini gərginləşdirəcək bir sənəddir”.
T.Abbaslının fikrincə, Ermənistan rəsmilərinin belə açıqlamaları o demək deyil ki, ermənilər “böyük Ermənistan” xülyasından əl çəkiblər:
“Onlar bundan sonra gizli şəkildə Azərbaycan ərazilərinə iddialarını saxlayacaqlar. İndi onların həm maddi, həm də hərbi cəhətdən buna gücləri çatmır. Digər tərəfdən beynəlxalq aləmdə mövqelərinin zəifləməməsi üçün özlərini “sülhpərvər” kimi göstərirlər”.
Ağ Partiya sədrinin sözlərinə görə, tərəflər arasında sülh müqaviləsi olsa da, ermənilər özlərini güclü hesab etdikləri ilk andaca yenə özlərinin təcavüzkar simalarını ortaya qoyacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda AQEM Media Forumu keçirildi - YENİLƏNDİ
13:32 01.10.2026
Media
Sabah Azərbaycanda leysan olacaq
13:29 01.10.2026
Ekologiya
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm