Sülh müqaviləsi üzərində işləməyin vaxtı çatdı
Yusif Nəzərli
09:21 01.09.2022
Siyasət
502
Brüssel müzakirələri tərəfləri normallaşma prosesinə bir daha yaxınlaşdırıb
Dünən Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Liderlər Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə 4-cü dəfə bir araya gəliblər. 3-cü görüş 22 may 2022-ci ildə keçirilib. Həmin görüşdə bir sıra ciddi razılıqlar əldə edilsə də, icrası baş tutmayıb. Üstəlik, Ermənistanın təxribatçı hərəkətləri ucbatından silahlı qarşıdurma da yaşanıb.
“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov görüşdən müəyyən gözləntilərin olduğunu bildirib. Ekspert deyib ki, 3 avqustda Azərbaycan əsgərinin düşmənlər tərəfindən şəhid edilməsi ilə başlayan "Qisas" əməliyyatı öz bəhrəsini verdi:
“Eyni zamanda 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərindən irəli gələrək inşası tamamlanmış 32 km-lik yeni alternativ yol istifadəyə verildi. 26 avqust 2022-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilmiş Rusiya hərbiçilərinin də iştirakı ilə Laçın şəhərində, Zabux və Sus kəndlərində qalan ermənilər oradan çıxarıldı. Həmin ərazilər Azərbaycanın nəzarətinə verildi. Avqustun 30-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delimitasiyası üzrə Moskvada görüş keçirildi.
Görüşlə bağlı tərəflərdən hansısa xüsusi açıqlama gəlməsə də, Rusiya XİN başçısı Sergey Lavrov açıqlama verərək bildirdi ki, “Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib”. Bu isə o deməkdir ki, tərəflər arasında bəzi məsələlərdə razılaşmaya meyillər hiss edilməkdədir. Hətta verilən məlumata əsasən tərəflərin, yəni Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında növbəti görüş Brüsseldə baş tutacaq və burada Rusiya iştirak etməyəcək. Deməli, tərəflər məsələ üzərində bir də Rusiyasız işləmək qərarı alıblar”.
S.Hümbətov vurğulayıb ki, önəmli məsələlərdən biri də tərəflər arasında kommunikasiyaların açılmasıdır:
“Bu məsələ də Azərbaycan və Ermənistan rəhbərləri arasında müzakirə predmetinə çevrilə bilər. Brüssel görüşündə müzakirə edilmiş məsələlərin çoxluğunu, vacibliyini nəzərə alsaq, məsələ ilə bağlı nikbinliyimizi ifadə edə bilərik. Ən azından ona görə ki, görüşün təşkilatçısı və iştirakçısı olan Avropa İttifaqı tərəflərin nəticə əldə etməsində maraqlıdır. Burada diqqətçəkən digər önəmli məsələ rəsmi Bakının həmləsi və Avropa İttifaqının təzyiqləridir. Ona görə də gözləntilərimizi belə sıralamaq olar. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların qurulması, I və II Qarabağ savaşından qalan hərbi və mülki əsirlərimizin taleyinə aydınlıq gətirilməsi, minaların xəritələrinin verilməsi və erməni terrorçu dəstələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması. Bundan sonra sülh müqaviləsi üzərində işləmək olar. Bu amillərin müzakirəsi münaqişənin yekun həllinə imkan yarada bilər. Əlbəttə, qonşu və region dövlətlərinin Ermənistana pərdəarxası təzyiqləri baş verməzsə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi