Suriyada parlament seçkilərinin nəticələri açıqlanıb
20:12 06.10.2025
Siyasət
294
Suriyanın Raqqa, Haseke və Suveyda istisna olmaqla, 11 vilayətində fəaliyyət göstərən 50 seçki dairəsində keçirilən Xalq Məclisi seçkilərində 119 deputat seçilib.
APA xəbər verir ki, bununla bağlı Ali Seçki Komitəsinin sözçüsü Nəvvər Nəcmə məlumat verib.
Məlumata görə yalnız altı qadın parlamentə vəsiqə qazanıb.
Seçkilərin nəticələrinə görə, Hələbdən 30, Dəməşqdən 10, Dəməşin ətraf bölgələrindən 12, Humsdan 12, Həmadan 12, Laziqiyyədən 10, Tartusdan 2, Deyr əz-Zordan 10, İdlibdən 12, Dəraadan 6 və Quneytradan 3 deputat seçilib.
Dəməşqdəki Xalq Məclisinin binasında keçirdiyi mətbuat konfransında seçkilərin nəticələrini ictimaiyyətə açıqlayan Nəvvər Nəcmə seçkilər nəticəsində 119 deputatın seçildiyini deyib. Xalq Məclisində ümumilikdə 140 deputat olmalıdır. Qalan 21 yer isə Hələbin Aynu'l-Arab bölgəsi, Raqqa, Haseke və Suveyda vilayətlərində sabitlik əldə edildikdən sonra keçiriləcək seçkilərdə doldurulacaq.
Nəcmə həmçinin seçilən millət vəkilləri arasında altı qadın və iki xristian deputatın olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm