
Suriyada səfirliyimizin işini bərpa etməsi tarixi hadisədir -ŞƏRH
Yusif Nəzərli
01:55 20.02.2025
Siyasət
390
Azərbaycan-Türkiyə-Suriya üçbucağı yeni regional əməkdaşlıq vektoruna çevrilirAzərbaycan 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib. Azərbaycan XİN-dən verilən məlumata görə, bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir. Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcək.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun “Sherg.az"a açıqlamasına görə, 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyimizin fəaliyyətini bərpa etməsi, doğrudan da, müsbət ovqat yaradan hadisələrdəndir:

“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyən ilk ölkələrin sırasında yer alır. Səfirliyimizin fəaliyyətinin bərpa olunması heç şübhəsiz ki, Suriya ilə ölkəmiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaradacaq.
Suriyada uzun müddət davam edən vətəndaş müharibəsinin başa çatması Azərbaycanın da maraqlarına cavab verir və rəsmi Bakı tərəfindən təqdir olunur. Ermənipərəst Bəşər Əsəd rejiminin devrilməsi Azərbaycan-Suriya münasibətlərinin normallaşdırılması üçün yol açdı. Bu mənada Dəməşqdəki səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Beləliklə, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Suriya əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq”.
Politoloq hesab edir ki, Suriyada vəziyyətin sabitləşməsi orada yaşayan soydaşlarımızla (türkmənlərlə) mədəni-humanitar əlaqələrimizin bərpası üçün də əlverişli şərait yaradır:
“Onlar Azərbaycana öz tarixi vətənləri kimi baxırlar. Böyük təsəvvüf şairimiz İmadəddin Nəsiminin uyuduğu Hələb şəhəri isə bizi birləşdirən mənəvi bağa çevrilib. Səfirliyimizin fəaliyyətinin bərpa olunması türkmənlərin üzləşdikləri problemlərin həllinə yardımçı olmaq baxımından da xüsusi əhəmiyyətə malikdir.
Yeni Suriyanın qurulmasında və normal həyata dönüşün təmin edilməsində Azərbaycan qardaş Türkiyə ilə birlikdə hərəkət edəcək. Azərbaycanın işğaldan azad etdiyi Qarabağ bölgəsində son dörd ildə bərpa-yenidənqurma işləri sahəsində qazandığı təcrübə Suriyanın da yenidən qurulması prosesinə mühüm töhfə verə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü rəhbəri Əhməd əş-Şaraya təbrik məktubu göndərməsi və onun Azərbaycana rəsmi səfərə dəvət olunması isə həmçinin iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Azərbaycan-Türkiyə-Suriya üçbucağı yeni regional əməkdaşlıq vektoruna çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol