Şuşa Azərbaycanın göz bəbəyidir
Şuşa Azərbaycanın göz bəbəyidir
Yusif Nəzərli
21:34 30.08.2022
Siyasət
680
ABŞ və Fransa səfirlərinin Qarabağın bu bölgəsinə səfər etməməsi heç nəyi dəyişmir
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin indiki səfirinin Şuşaya səfərdən imtina etməsinə “haqq” qazandırmağa çalışıb. Kozlariçə görə, amerikalı səfirin Şuşaya getməsindən imtina etməsinin səbəbi Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmaması ilə bağlıdır. Sabiq səfirin məntiqinə əsasən, məhz sülh sazişi olmadığı üçün Qərb ölkələrinin diplomatlarının Şuşaya getməsi doğru deyil. Kozlariç səfirlərin və diplomatların Şuşaya “şəkil çəkdirmək üçün getdiklərini” iddia edib. Bəllidir ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya dəxli yoxdur. Keçmiş səfirin məntiqindən belə çıxır ki, Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi rəsmən tanıyandan sonra amerikalı diplomatlar tarixi şəhərimizə gələ biləcəklər. Yəni İrəvanla sülh sazişi imzalanmadığı müddətcə, Vaşinqton Şuşanı Azərbaycan şəhəri kimi tanımayacaq. Halbuki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli, Şuşanı da Azərbaycan şəhəri kimi qəbul edib. Digər yandan xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyiblər. Onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, ABŞ və Fransanın Şuşaya gəlməkdən vaz keçməsi, daha doğrusu, prosesdə pozuculuq etməsi bir daha göstərir ki, Vaşinqton və Paris Qarabağ probleminin tamamilə həllində səmimi deyillər. Professorun sözlərinə görə, ABŞ və Fransa Cənubi Qafqazdakı münaqişənin həllini öz maraqlarına uyğun görmürlər:
“ABŞ və Fransa yüz il öncə türk dünyasına hansı mövqedən yanaşırdısa, indi də eyni baxış sərgiləyirlər. Yüz il öncə ermənilərə necə dəstək verirdilərsə, müasir dövrdə də Ermənistana arxa-dayaq rolunu oynayırlar. Heç nə dəyişməyib. 21-ci əsrdə önəmli ölkələrin açıq şəkildə ikili standartlardan çıxış etməsi məyusedicidir. Reallıq odur ki, Azərbaycan Qarabağ münaqişəsini böyük ölçüdə həll edib. Qarabağın digər bölgələri kimi Şuşa da tarixi, əzəli-əbədi Azərbaycan torpağıdır, Azərbaycanın göz bəbəyidir. ABŞ və Fransa səfirlərinin Şuşaya gəlməməsi, bu şəhərin Azərbaycanın tərkib hissəsi olması faktını inkar etmir. Qərb ölkələri öz hərəkətləri ilə sadəcə niyyətlərini ifşa etmiş oldular. Sonradan verdikləri açıqlamalarla isə özlərini biabırçı vəziyyətə qoydular. ABŞ beynəlxalq nüfuzuna yaraşmayan bir addım atdı. Bayden Administrasiyasının davranışının heç bir əsaslı izahı yoxdur”.
C.Nuriyev bildirib ki, sabiq səfir Riçard Kozlariç daim anti-Azərbaycan mövqedən çıxış edən bir şəxs olub: “O adam Bakıda olarkən belə Azərbaycan əleyhinə fəaliyyətdən geri durmayıb. Digər keçmiş səfir və həmsədr Metyu Brayza nə qədər Azərbaycan həqiqətlərini müdafiə edibsə, Kozlariç bir o qədər əksimizə bəyanatlar səsləndirib. Çünki o, erməni lobbisinin əlində olan bir şəxsdir. Fransanın hərəkəti isə bizi ümumiyyətlə təəccübləndirmir. Rəsmi Parisin ermənipərəst mövqeyi hamıya məlumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi