Tarixi ənənə davam edir – “Spikerin Türkiyə səfəri dünyaya və bölgəyə mesajdır!”
Banuçiçək Kalbalıyeva
12:53 11.09.2020
Siyasət
766
“Sahibə xanımın qardaş ölkəyə getməsi ölkələrimiz arasındakı münasibətlərə tarixi töhfəsini verəcək”
Türkiyədə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Ticarət naziri Ruhsar Pekcanla görüşüb. Bu barədə Ruhsar Pekcan öz “Twitter” səhifəsində məlumat verib. Türkiyəli nazir qeyd edib ki, S.Qafarova ilə görüşdə iki dövlət arasında olan mövcud əməkdaşlığı gücləndirmək və qadınların, eləcə də, gənclərin təşəbbüslərini dəstəkləmək üçün atılan addımlar müzakirə edilib.
Səfəri “Sherg.az”a şərh edən millət vəkili Jalə Əliyeva iki qardaş dövlət arasındakı münasibətlərin həmişəki kimi, indi də ən yüksək səviyyədə olduğu qənaətindədir:
“Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər keçən gün daha da inkişaf edir. Heç kimə sirr deyil ki, bu iki dövlət bölgədə və dünyada öz qardaşlıqları, tərəfdaşlıqları ilə seçilir. Biz bütün sahələrdə əməkdaşlıq edirik.
Elə bir sahə yoxdur ki, orada əlaqələrimiz olmasın. Bu münasibətlər isə yeni deyil, əksinə, tarixi ənənədir. Ümumilli lider Heydər Əliyevlə türkiyəli həmkarı Süleyman Dəmirəl arasındakı dostluq və qardaşlıq münasibətlərini bu gün dövlət başçısı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan davam etdirirlər”.
J.Əliyevanın fikrincə, S.Qafarovanın Türkiyəyə səfəri həm də simvolik xarakter daşıyır:
“Bizim parlamentlər arasındakı münasibət də nümunəvi səviyyədədir. Milli Məclis sədrinin ilk səfərinin məhz Türkiyəyə olması təsadüfi deyil.
Bəlkə də, səfər bir az gecikib.
Amma dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədər yumşalmaların tətbiq olunduğu ilk anda bu səfər baş tutdu. Düşünürəm ki, sözügedən məqam dünyaya və bölgəyə əhəmiyyətli mesajdır.
Bu, indiyədək baş vermiş səfərlərin uğurlu davamıdır. Zənnimcə, Sahibə xanımın Türkiyəyə getməsi ölkələrimiz arasındakı münasibətlərə tarixi töhfəsini verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya