Tokayev ağır bədəl ödəyəcək! – “Ruslar Qazaxıstandan çıxmayacaq”
Yusif Nəzərli
15:45 07.01.2022
Siyasət
712
Xəbər verdiyimiz kimi, Qazaxıstanda yanvarın 2-dən ölkə sakinlərinin yanacağın qiymətinin artırılmasına qarşı başlatdığı etirazlar davam edir.Əldə olunan son məlumatlara görə, iğtişaşlar zamanı 26 nümayişçi,18 polis ölüb. Saxlanılanların sayı isə artıq 4 min nəfərə çatır. Hazırda bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Maraqlıdır, Qazaxıstandakı hadisələr bundan sonra hansı istiqamətdə davam edəcək?
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev mövzunu “Sherg.az”a şərh edərkən bildirib ki, hazırda bu ölkədəki hadisələr idarə olunmayan vəziyyətdədir:
“Burda müxalifət lideri olmadığına görə proseslər kütləvi şəkildə həyata keçirilir. Adətən kütlə psixologiyasına görə lider seçilmir. Hər kəs özünü lider hesab edir. Ona görə də bu tip proseslərin tez sona çatacağı inandırıcı görünmür”.
C.Nuriyevin qəanətincə, yaxın bir neçə həftə ərzində Almatı və digər iri şəhərlərdə fövqəladə vəziyyət adı ilə həbs olunanların sayı çoxalacaq:
“Öldürülənlərin sayı da hazırda 27 nəfərdir. Yaxın günlərdə bu daha da çoxalacaq. Çünki Tokayev ölkədə zərərsizləşdirmə ilə bağlı özü müraciət edib. Bu çox təhlükəli bir vəziyyətdir. Adam öz hakimiyyəti üçün bütün ölkəni qurban verdi”.
Ekspert məsələdə Rusiyanın mövqeyinə diqqət çəkib. O rəsmi Moskvanın bunu çoxdan planlaşdırdığını söyləyib və səbəbini açıqlayıb:
“Çünki SSRİ- nin bərpa olunması üçün ona ən çox etiraz edən dövlətlərdən biri Qazaxıstan idi. Həm ərazisinə, həm də iqtisadi gücünə görə o Rusiyanı narahat edirdi. Nazarbayev də bununla razılaşa bilmədiyinə görə çoxdandır bunların nəzarətində olan Tokayevin “əli” ilə bütün istədiyi işləri gördü. Adam onu hakimiyyətə gətirən Nazarbayevi satdısa, demək, hər şey etməyə qadirdir. Yetim ona çörək verəni birinci öldürür”.
Politoloq indiki halda rus ordusunun Qazaxıstanı tam nəzarətə götürməmiş ordan çıxmayacağını vurğulayıb:
“Qazaxlar tabe olmağı sevməyən, azad düşüncəli xalqdır. Bu proseslər yaxın bir ay ərzində davam edəcək. Ola bilər ki, müvəqqəti olaraq ara sakitləşsin. Qazaxlar gözləyəcək ki, rus ordusu ordan çıxıb getsin, amma Tokayev bunun bədəlini çox ağır ödəyəcək”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm