
Trampın İlham Əliyevlə bağlı çıxışı Sorosçuların fiaskosudur - ANALİZ
11:04 14.10.2025
Siyasət
505
Bəhruz Məhərrəmov: ABŞ-Azərbaycan münasibətləri özünün ən evvektiv inkişaf dövrünə qədəm qoyub
Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampla Qəzza sammiti çərçivəsində görüşüb.
Tramp çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb.
"Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, proseslərin gedişi göstəriri ki, cənab İlham Əliyevin yaratdığı yeni geosiyasi reallıq şəraitində ABŞ-Azərbaycan münasibətləri özünün ən evvektiv inkişaf dövrünə qədəm qoyub:

"Xüsusən liderlər səviyyəsində əlaqələrin intensiv xarakter daşıması və qarşılıqlı hörmət, habelə strareji səviyyəyə yüksələn münasibətlər ciddi perspektiv vəd etməkdədir. Məlumdur ki, ikinci dəfə hakimiyyətə gəldikdən sonra əsas diqqəti dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə yönəltmiş Prezident Donald Tramp bu prosesin nə qədər ağır və diplomatik məharət tələb edən səylər məcmusu olduğunu yaxşı başa düşür. Bu mənada, Tramp yaxşı başa düşür ki, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada mütləq qələbəyə əsaslanan hərbi-siyasi yolla de-fakto sülhə və dayanıqlı təhlükəsiz mühitə nail olmaq sadə məsələ deyil. Prezident İlham Əliyevin qlobal miqyasda Azərbaycanın ikili standartlara məruz qalmasına, beynəlxalq ictimaiyyətin faktiki olaraq işğala, təcavüzə və separatizmə, o cümlədən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin köklü pozuntusuna göz yumması şəraitində arzu olunan nəticələrə nail olması eyni məqsədi özünə hədəf seçmiş ABŞ Prezidentinin diqqətindən kənarda qala bilməzdi".
Deputat əlavə edib ki, istər özünün sosial media səhifələrində, istər beynəlxalq tədbirlərdə, o cümlədən Yaxın Şərq Sülh Sammitindəki çıxışında cənab Trampın İlham Əliyevin ünvanına xoş sözlər söyləyərək onu böyük lider adlandırması təsadüf hesab edilə bilməz:
"Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinə və sərhədlərin delimitasiya və demarkasiyasına yönəli qəti addımların realizəsi şəraitində cənab İlham Əliyevin qlobal miqyaslı liderlik qabiliyyəti, təbii ki, şübhə doğurmur. Lakin ABŞ Prezidenti tərəfindən bunun bir daha dilə gətirilməsi Soros- Demokratlar iqtidarının, o cümlədən digər çoxsaylı qərəzli subyektlərin fiaskosu deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm