Türk dövlətləri mütləq vahid bayraq altında birləşməlidirlər - ŞƏRH
13:55 13.10.2025
Siyasət
360
Artıq vaxtıdır ki, Türk Dövlətləri Təşkilatının ortaq bayrağı dövlət qurumlarının üzərində də dalğalansın
“Belə addımlar inteqrasiyamızı dərinləşdirəcək. Obrazlı desək, bizdən üzr istəmək üçün növbəyə duranların sayı artacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb. Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər. Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.
Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər. Qərara əsasən, hər hansı bir şəxsin və ya icmanın “türksoylu” hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək. Eyni zamanda türksoylu şəxslərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilməsi üçün bir sıra şərtlər müəyyənləşib.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, təkcə qardaş Türkiyə deyil, digər türk dövlətləri də qarşılıqlı şəkildə bu cür asanlaşdırmalara getməlidirlər. Ekspertin sözlərinə görə, Avropa Birliyi ölkələrində vətəndaşların üzv ölkələrdən birində işləməsi, yaşaması, oxuması xeyli asanlaşdırılıb:
"Faktiki olaraq Avropa Birliyi 27 üzv dövlətdən ibarət olsa da, bir dövlət kimidir. Eyni zamanda həmin dövlətlər Avropa Birliyinin bayrağını da rəsmi bayraq kimi qəbul ediblər. Yəni öz milli dövlət bayraqları ilə yanaşı, Avropa Birliyinin bayrağını da rəsmi şəkildə dalğalandırırlar. Biz də Türk Dövlətləri Təşkilatı çərçivəsində bu cür addımlar atmalıyıq. Demək istədiyim odur ki, "Türkiyə bunu etdi, əla, yaxşıdır" deməklə kifayətlənməməliyik. Türkiyənin bu təşəbbüsü Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə çıxarılmalı və orada qarşılıqlı şəkildə bütün türk dövlətləri belə qərarlar qəbul etməlidirlər".
A.Həsrət qeyd edib ki, vətəndaşlarımızın bir-birinə səyahətləri, gediş-gəlişləri, işləməsi, oxuması asanlaşdırılmalıdır:
"Məsələn, bir azərbaycanlı Rusiyada oxumaq istəyəndə qarşısına çıxan əngəllər Qazaxıstan, Türkiyə kimi türk dövlətlərinə gedəndə təkrarlanmamalıdır. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Macarıstan, bütün bu ölkələr arasında münasibətlər elə səviyyəyə çatdırılmalıdır ki, əlavə, lazımsız bürokratik əngəllər olmasın. Türkiyənin önə çıxmasını və bu addımı atmasını təqdir edirəm və bu nümunənin genişləndirilməsinin tərəfdarıyam".
Siyasi şərhçinin fikrincə, digər vacib məqam odur ki, türk dövlətləri mütləq vahid bayraq altında birləşməlidirlər:
"Bu gün Türk Dövlətləri Təşkilatının ortaq bayrağı mövcuddur, lakin artıq vaxtıdır ki, həmin bayraq dövlət qurumlarının üzərində də dalğalansın. Dünya görsün ki, Azərbaycan müstəqil dövlət olmaqla yanaşı, öz qanından, soyundan olan xalqların dövlətləri ilə bir bayraq altındadır. Eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan da bu addımı atmalıdır. Belə addımlar inteqrasiyamızı dərinləşdirəcək. Obrazlı desək, bizdən üzr istəmək üçün növbəyə duranların sayı artacaq. Hətta özünü dünyanın "ən qüdrətli dövləti" hesab edənlər də gəlib bizdən üzr istəməli olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq