
Türk Dövlətləri Təşkilatı əmək və təhsil sahəsində birləşir -RƏY
08:33 15.10.2025
Siyasət
322
Natiq Cəfərli: “Bu təşəbbüs türk dünyasının gələcək elitasını formalaşdıra bilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi statusuna dair mühüm sərəncam imzalayıb. Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə icra edə biləcəklər. Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat şəkildə işləyə biləcəklər. Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət göstərməsinə imkan verəcək.
Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə verəcəyini bildirirlər. Qərara əsasən, hər hansı bir şəxsin və ya icmanın “türksoylu” hesab olunması bundan sonra birbaşa prezident qərarı ilə müəyyən ediləcək. Eyni zamanda türksoylu şəxslərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilməsi üçün bir sıra şərtlər müəyyənləşib.
ReAL partiyasının sədri Natiq Cəfərli Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyənin bu qərarı təqdirəlayiqdir və türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım təkcə inzibati və ya texniki qərar kimi deyil, həm də ideoloji və mədəni bir yanaşma kimi dəyərləndirilməlidir:

“Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi, birgə əmək bazarının və ümumi sosial-miqrasiya mühitinin formalaşması baxımından bu təşəbbüs əlamətdar hadisədir.
Lakin bu qərarı “türk şengeni” kimi təqdim etmək tam doğru olmaz. Çünki artıq bir çox türk dövlətləri arasında viza rejimi ya ləğv edilib, ya da xeyli sadələşdirilib. Burada söhbət daha çox sistemli inteqrasiya və türk dünyasının əmək resurslarının birləşdirilməsi prosesindən gedir. Bu qərar, xüsusilə də, müxtəlif ölkələrdə yaşayan türksoylu icmalar üçün yeni imkanlar yaradır. Onların türk dövlətləri ilə daha sıx əlaqə qurması, əmək və təhsil bazarına daxil olması, ortaq mədəni və iqtisadi məkanın yaranmasına zəmin yaradır”.
Partiya sədri hesab edir ki, bu təşəbbüs, Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişafı baxımından strateji mərhələ kimi qiymətləndirilə bilər:
“TDT-nin qarşısında duran əsas vəzifələrdən biri yalnız iqtisadi və siyasi əməkdaşlığı deyil, həm də ortaq elitanın, yəni türk dünyasının siyasi, iqtisadi və intellektual lider təbəqəsinin formalaşdırılmasıdır. Bu qərar həmin prosesin başlanğıc nöqtəsi rolunu oynaya bilər. Beləliklə, bu addım təkcə sərhədlərin yumşalması deyil, həm də ortaq gələcəyin, inteqrasiya olunmuş əmək bazarının və vahid strateji düşüncənin təməlini qoyur. Türk dünyasının güclənməsi üçün bu cür qərarlar vacibdir, çünki uzunmüddətli perspektivdə bu inteqrasiya həm iqtisadi, həm də siyasi baxımdan ümumi inkişaf modelinə çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya