Türkiyə müasir müharibə konsepsiyasını dəyişir
Yusif Nəzərli
05:30 02.09.2022
Siyasət
640
"Qızıl alma" gələcəkdə xeyli bahalı olan F-16 və ya F-35-in bir çox xüsusiyyətlərini mənimsəyə bilər
Türkiyənin "Baykar Texnoloji" şirkəti ilk dəfə olaraq "Qızıl alma" adlı zərbə pilotsuz təyyarəsini nümayiş etdirib. Pilotsuz reaktiv qırıcı olan bu modeli yaratmaq üçün konstruktorlara 12 il vaxt lazım olub. "Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktar mart ayında prototipin istehsalına başlanıldığını açıqlayıb. Ötən gün isə "Bayraktar Qızıl alma" ictimaiyyətə təqdim edilib. Pilotsuz təyyarə turboreaktiv mühərrik, inkişaf etmiş süni intellekt sistemi ilə təchiz olunub. Mütəxəssislərin dediyinə görə, yeni PUA “aqressiv manevr” qabiliyyətinə malikdir və çətin nəzərə çarpır.
Uçuş üçün ona minimum uzunluqda zolaq lazımdır ki, bu da ona məsələn, gəminin göyərtəsindən istifadə etməyə imkan verəcək. "Bayraktar Qızıl alma"nın maksimum uçuş çəkisi təxminən 6000 kq-dır. Bunun 1500 kq-dan çoxu faydalı yükün payına düşür, sursat-yükqaldırma qabiliyyəti isə 1000 kq-dır. Türkiyə şirkəti 2023-cü ildə reaktiv “alma”ların kütləvi istehsalına başlamaq niyyətindədir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gunduz vurğulayıb ki, reaktiv "Qızıl alma" hətta müasir müharibə konsepsiyasına da yenidən baxmağı tələb edəcək. Ekspert "Qızıl alma" F-16 və ya F-35-lərlə rəqabətə girə biləcəkmi" sualını belə cavablandırıb:
"Qızıl alma" gələcəkdə xeyli bahalı olan F-16 və ya F-35-in bir çox xüsusiyyətlərini mənimsəyə bilər. Hətta "Akıncı"nın faydalı yükgötürmə qabiliyyəti F-16 səviyyəsindədir. Bir çox inkişaf etmiş ölkələrin yuxusuna haram qatan bu reaktiv qırıcının gələn il istehsalı gözlənilir. Bu silah qırıcılar üçün tam yeni nəsil hesab olunur.
"Qızıl alma"nın Ukraynada qurulacaq Baykar zavodunda istehsalı da planlaşdırılır. Mühərriki və elektronikasının müəyyən hissələri, proqram təminatları Ukraynada istehsal olunacaq. Məlum olduğu kimi 2021-ci ildə Türkiyə və Ukrayna arasında imzalanan memoranduma və cari ilin fevralında imzalanan müqaviləyə əsasən, artıq ötən ay "Baykar"ın Ukraynada zavodunun inşasına başlanıb.
Ötən ay "Baykar"ın rəhbəri Haluk Bayraktar da Ukraynada olub və açıqlamalar verib. Bu zavodda gələn ildən etibarən "Bayraktar-TB2", "Bayraktar Akıncı" və "Bayraktar "Qızıl alma" istehsalı nəzərdə tutulub. Maraqlıdır ki, bir müddət öncə Ukraynadan qayıdan Haluk Bayraktar heç bir Bayraktar məhsulunun Rusiyaya satılmayacağını da açıqlamışdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi