Türkiyə Respublikasının 100-cü il dönümü münasibətilə keçirilən mərasim Ərdoğanın dünyaya mesajları ilə də yadda qaldı-TƏHLİL
Yusif Sultanoğlu
13:36 05.11.2023
Siyasət
421
Ərdoğan öz çıxsınlarda da qeyd edir ki, dövlətin liderləri və önəmli şəxsləri təsadüfi işarətlər verməzlər. Türkiyə Prezidenti də bu xüsusda daha diqqətcil və hər detala fikir verən bir siyasətçidir.
Beləliklə, Türkiyə Respublikasının 100 illiyi münasibətilə keçirilən mərasimdə Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə verilən mesajlardakı nüanslara nəzər salaq:
Görüntülərdə qara bayraq diqqətləri cəlb edir. Belə ki, İslam inancına və Türk dövlət ənənəsinə görə qara bayraq önəmli bir yerə sahibdir. Peyğəmbər (s.ə.s) dövründə qara bayraq döyüş öncəsi açılırdı. Həmçinin Osmanlı ordusu da qara bayraq qaldırdıqdan sonra döyüş üçün səfərə çıxardı.
İkinci məqam isə onun ətrafındakı zabitlərin qılınclarının qınında olmaması idi. Bu da qılıncın döyüşə hazır olduğu mesajını verir. Türk dövlət ənənəsinə görə, qılınc qınından çıxıbsa, qana boyanmadan yerinə girməz.
Digər diqqət çəkən mesaj isə əlcəklərin əldə olmaması ilə bağlı idi. Bu da o anlama gəlir ki, proseslər yaxın zamanda cərəyan edə bilər və baş verəcək hər hansı hərəkətlilik uzaqda deyil.
Fələstin mitinqində və ondan sonrakı çıxışlarında İsrailə istiqamətlənən mesajlar verən Rəcəb Tayyib Ərdoğan Qüds, Qəzza üçün "bir gecə ansızın gele biliriz" demişdi. Bundan əvvəl isə Ərdoğana yaxın olan və onu dəstəkləyən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının da "Qəzzada 24 saat ərzində atəşkəs əldə olunmazsa, Türkiyə işə qarışmalı və üzərinə düşən məsuliyyətə uyğun olaraq nə lazımdırsa etməlidir” fikrini vurğulamışdı.
Bir neçə gün əvvəl isə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə çıxış edən R.T. Ərdoğan yenidən Fələstin məsələsinə diqqətləri yönəltdi və İsrailin işğalçı, cinayətkar davranışlarını qınadı. Həmçinin Türk dövlətlərinin və dünyanın bütün ölkələrinin bu istiqamətdə real addımlar atmalı olduğunu vurğuladı, işğalçıya qarşı mübarizədə bütün dövlətləri bir olmağa çağırdı.
Proseslərin necə cərəyan edəcəyini demək çətin olsa da, görünən odur ki, Türkiyə Fələstin məsələsində praktiki addımlar atmaq niyyətindədir və bu istiqamətdə zəmin hazırlayır.
Siyasi şərhçi: Elmir Səftərov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət