Türkiyə XİN-dən Fransa Prezidentinə CAVAB
Yusif Nəzərli
10:08 27.08.2022
Siyasət
506
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun Türkiyəni hədəf alan çıxışı ilə bağlı bəyanat yayıb.
"Report"un yerli bürosu xəbər verir ki, nazirliyin sözçüsü Tanju Bilgiç Fransa Prezidentinin Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birgə Türkiyəni də hədəf alan çıxışının son dərəcə təəssüf doğurduğunu açıqlayıb:
"Əlcəzair başda olmaqla Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa Prezidenti Makronun digər ölkələri, o cümlədən ölkəmizi ittiham edərək müstəmləkə keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir. Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə münasibətlərini günü-gündən inkişaf etdirir və bu əlaqələr qarşılıqlı etimada əsaslanır. Əgər Fransa Afrika qitəsində ona qarşı reaksiyaların olduğunu düşünürsə, bu reaksiyaların mənbəyini öz müstəmləkə keçmişində və müxtəlif üsullarla davam etdirmə səylərində axtarmalı və bunu düzəltməyə çalışmalıdır. Bu reaksiyaların üçüncü dövlətlərin fəaliyyəti nəticəsində yarandığını iddia etmək, öz keçmişi ilə bağlı problemlərlə üzləşib həll etmək əvəzinə, nəinki bir sosioloji hadisəni və tarixi inkar etmək deyil, həm də bəzi siyasətçilərin təhrif olunmuş mentalitetini əks etdirir. Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi günahlandırmadan öz müstəmləkə keçmişi ilə üz-üzə gəlmək üçün ən qısa zamanda kamilliyə çatacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya