Türkiyə Yaxın Şərqdəki müharibəyə qoşulur? - Sərhədlərinin təhlükəsizliyinə görə...
Türkiyə Yaxın Şərqdəki müharibəyə qoşulur? - Sərhədlərinin təhlükəsizliyinə görə...
Yusif Nəzərli
09:35 31.10.2023
Siyasət
571
Ankaradakı diplomatik mənbələrdən bildirilib ki, Türkiyə İsraillə münasibətləri geri dönüşü olmayan həddə gətirmək niyyətində deyil. Qeyd olunub ki, son zamanlar Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesi gedir: “Müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı addımlar atılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfərinə hazırlıq gedirdi. Yəni Türkiyənin İsraillə münasibətləri geri dönüşü olmayan səviyyəyə gətirmək məqsədi yoxdur. Ankara bir daha İsrail rəhbərliyini ehtiyatlı olmağa və danışıqlara çağırır”.
Məlumatda həmçinin Qəzzada baş verənlər də qınanılıb.
Daha əvvəl R.T.Ərdoğan daha əvvəl Yaxın Şərqdəki müharibənin genişlənməsində maraqlı olan tərəflərin olduğunu söyləmişdi.
Məlum olduğu kimi, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
Yaxın Şərqdə gərginlik başladığı gündən etibarən Ankara mövqeyini konkret olaraq ortaya qoyub. Türkiyə HƏMAS-ı dəstəklədiyini ən yüksək səviyyədə elan edib. Ərdoğan bu günlərdə bildirmişdi ki, məhz bu müharibəyə görə onun İsrailə ehtimal olunan səfəri ləğv edilib.
Hazırkı mərhələdə Türkiyənin HƏMAS-ı və Fələstini dəstəkləməsinin əsas səbəblərindən biri məhz din amili ilə bağlıdır. Məlum olduğu kimi, Türkiyənin xarici siyasətində din amili həlledici olmasa da, müəyyən rol oynayır.
Ankaranın davam edən müharibədə açıq – aydın Fələstini dəstəkləməsi və İsrailə qarşı çıxması Vaşinqtonla münasibətlərinə ciddi təsir edə bilər. Məsələ ondan ibarətdir ki, ABŞ-la Türkiyə onsuz da “mehriban düşməndirlər”. Türkiyə rəsmilərinin, o cümlədən Ərdoğanın son zamanlar çıxışlarında ABŞ-ı tənqid etmələri onu deməyə əsas verir ki, gələcəkdə münasibətlərin kəskinləşməsi qətiyyən istisna deyil.
Son zamanlar Təl- Əvivlə Ankara arasındakı münasibətlər normallaşmağa doğru gedirdi. Əslində bu- əlaqələrin zəif olduğu ölkələrlə münasibətlərin normallaşması Türkiyənin son illər yeritdiyi xarici siyasət kursuna uyğundur. Türkiyə İsraillə münasibətləri normallaşdırmaqla həm də Qərblə münasibətlərin tənzimlənməsinə nail ola bilər.
Qəzzadakı duruma görə İsraillə diplomatik münasibətlərin tamamilə kəsilməsi gələcəkdə Türkiyə üçün müəyyən çətinliklər yarada bilər. Buna baxmayaraq, Ankara, şübhəsiz ki, hazırkı mövqeyini gələcəkdə də davam etdirəcək və hətta, ola bilsin, bir az da sərtləşdirəcək.
Türkiyə Fələstini sonadək dəstəkləyəcəyini bildirir. Maraqlıdır, Türkiyə lazım gəlsə müharibəyə qoşularmı? Bu, yaxın gələcək üçün real görünmür. Ankara hələlik "yumşaq güc" dən, o cümlədən diplomatik təsir vasitələrindən istifadə etməyə çalışacaq. Sərhədlərinə, təhlükəsizliyinə təhdid yaranmayana qədər Türkiyə, yəqin ki, savaşa qoşulmayacaq. Bu, müharibənin genişlənməsi üçün çox ciddi əsas olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alyaska sahillərində güclü zəlzələ baş verib
15:25 25.04.2026
Hadisə
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
15:11 25.04.2026
Futbol
Müğənni Elçin Cəfərov artıq dəvətlərə qatılmayacaq
14:58 25.04.2026
Şou
Xankəndidə üç marşrut xətti istifadəyə verilib
14:27 25.04.2026
Qarabağ
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır" - Vüqar Əbdülov
13:51 25.04.2026
Şou
Meloni İspaniyanın NATO-dan çıxması ehtimalına münasibət bildirdi
13:41 25.04.2026
Dünya
Sabah Azərbaycanda 24 dərəcəyədək isti olacaq
13:32 25.04.2026
Ekologiya
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq?
13:14 25.04.2026
Futbol
Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb
12:55 25.04.2026
Dünya
"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi" - Nərgiz
12:39 25.04.2026
Şou
Bığları ilə gündəm oldu - “Yaraşdığı üçün uzatdım”
12:23 25.04.2026
Cəmiyyət
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
12:17 25.04.2026
Ekologiya
ABŞ-İran görüşü baş tutacaqmı? - Ən böyük maneə açıqlandı
11:30 25.04.2026
Gündəm
Sosial mənzillər: Kimlər yenidən müraciət edə bilər?
11:17 25.04.2026
Sosial