Türkiyəli səyyah: “Ağalı kəndinin salınması Azərbaycan dövlətinin qüdrətini göstərir”
Yusif Nəzərli
13:23 31.10.2022
Siyasət
455
“Qısa bir zamanda belə modern və ekoloji cəhətdən təmiz kəndin salınmasının özü Azərbaycan dövlətinin qüdrətindən xəbər verir”.
Bunu “Report”a açıqlamasında “Türkiyə Səyyahlar Klubu” dərnəyinin üzvü Saimə Özmekik deyib.
Onun sözlərinə görə, işğalçı ölkə və xalqlar digər ölkə torpaqlarını və xalqlarını təhdid edirlər:
"Mən tamamilə müharibə əleyhinə olan bir insanam, lakin Vətən torpaqlarını qorumaq uğrunda mübarizə başadüşüləndir. Üç gündür Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdəyik. Dağıdılmış, məhv edilmiş evləri görmək məni çox üzdü. Kaş ki dünyada müharibələr olmasın və insanlar öz torpaqlarını qorumaq məcburiyyətində qalmasınlar”.
S.Özmekik vurğulayıb ki, Zəngilanın Ağalı kəndinə heyran olub.
“Bu gün isə gözümüzü sanki çox ayrı bir dünyada açdıq. Zəngilan rayonunun Ağalı kəndində olduq. Hər bir çətinlikdən sonra mütləq gözəl hadisələr yaşandığını hamımız bilirik və həmin gözəl hadisənin gerçəkləşdiyini bu gün öz gözlərimizlə gördük. Burada insanların necə qonaqpərvər və öz vətənlərinə bağlı olduqlarını dərindən hiss etdik. Bu baxımdan qardaşlarımızla qürur duyuruq”, - S.Özmekik deyib.
Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın dörd əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmaniya”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə dörd dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Səyyahlar Klubu”nun prezidenti, “Nomadmaniya”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə