
Üçüncü güclərin təsiri: İrəvan oturduğu budağı kəsir
13:30 30.11.2023
Siyasət
625
“Ermənistan sülh sazişi ilə bağlı təkliflər paketini Azərbaycana təqdim edib”.
Globalinfo.az xəbər verir ki, A.Mirzoyan bu barədə ATƏT Xarici İşlər Nazirlərinin 30-cu Forumu çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Laurens Bun ilə görüşündə danışıb.
O, sənədin ötən həftə Azərbaycana göndərildiyini bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da Makedoniyanın paytaxtı Skopyedə rəsmi səfərdədir. Ermənistan XİN sözçüsü Ani Badalyan C.Bayramov və A.Mirzoyan arasında ikitərəfli görüşün olmayacağını deyib.
Mirzoyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, Ermənistanın Azərbaycandan nəsə istəməyə haqqı yoxdur:
"O, öz forpostu olduğu dövlətlərdən müəyyən şeylər tələb edə bilər. Ermənistanın hazırda konkret niyyəti yoxdur. Çünki niyyəti olan tərəf diktə ilə oturub durmur. İndiki halda isə Ermənistan diktə ilə hərəkət edir. Ermənistanın hansısa niyyəti olsa belə, bu sadəcə boş güllədən ibarət olacaq. Çünki arzusunu realizə etmək üçün siyasi iradə göstərmir. İndi hərçənd ki, Ermənistan hakimiyyətinə hər şeydən öncə siyasi iradə lazımdır. Məlumdur ki, Ermənistana ən çox təzyiq göstərən və manipulyasiya edən dövlətlərdən biri Fransadır. Belə ola halda Mirzoyanın bu cür məsələləri fransalı həmkarı ilə müzakirə etməsi təəccüblü deyil".

Ekspert qeyd edib ki, Ermənistan üçüncü güclərin təsirindən nə qədər tez çıxsa, sülh müqaviləsi bir o qədər tez imzalanacaq:
" İndiki vəziyyətdə Ermənistan 2,3 stol arxasında oturduqca, öz işini daha da çətinləşdirir. Beləliklə Ermənistan öz oturduğu budağı kəsir. Ermənistan sülh sazişi istiqamətində effektiv təmaslara keçməsə, Azərbaycanın şərtləri daxilində danışıqlar masasına oturmasa və kənar güclərin istəklərini yerinə yetirsə, gələcəkdə Ukrayna, Suriyanın taleyini yaşaya bilər. Yəni Rusiya tərəfindən Ermənistana bu və digər formada müdaxilənin olunma ehtimalı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hengam adasına zərbə endirildi
19:51 16.07.2026
Dünya
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə