Ukraynalı bir qrup uşaq Bakıya gətirildi

Ukraynanın Sumı vilayətindən olan bir qrup uşaq Azərbaycana istirahət və reabilitasiya məqsədilə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandaki səfiri Yuri Qusev "X" hesabında paylaşım edib.
"Ukrayna uşaqları üçün təşkil olunmuş bu təşəbbüsə göstərilən dəstəyə görə Azərbaycanın rəhbərliyinə, xalqına və bütün tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk",- o qeyd edib.