UNESCO-ya yeni rəhbər seçildi
17:06 06.10.2025
Siyasət
318
Misirli Xalid əl-Anani 57 səsdən 55-ni toplayaraq UNESCO-nun baş direktoru seçilib.
Trend xəbər verir ki, o, bu vəzifəni dörd il müddətinə – 2025-ci ildən 2029-cu ilə qədər icra edəcək.
Onun rəqibi, Konqo Respublikasının nümayəndəsi və UNESCO-nun təcrübəli əməkdaşı Firmen Matoko iki səs toplayıb.
Xalid əl-Ananinin namizədliyi Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, eləcə də Fransa, İspaniya, Türkiyə, Qabon, Almaniya və Braziliya da daxil olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib.
Xalid əl-Anani – misirşünas və siyasi xadimdir. O, 29 dekabr 2019-cu ildən 13 avqust 2022-ci ilədək Misirin turizm və qədim abidələr naziri vəzifəsində çalışıb.
UNESCO-nun qaydalarına əsasən, baş direktor ilkin olaraq dörd illik müddətə təyin olunur və bu müddət bir dəfə yenilənə bilər. İcraiyyə Şurası bütün namizədləri nəzərdən keçirir və yekun təsdiq üçün öz tövsiyəsini Baş Konfransına təqdim edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm