VHP təmsilçisi: İqtidar-müxalifət arasında dəyirmi masaların keçirilməsi məqbul və vacibdir
VHP təmsilçisi: İqtidar-müxalifət arasında dəyirmi masaların keçirilməsi məqbul və vacibdir
10:15 21.05.2024
Siyasət
684
"Siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirəsi, cəmiyyətə birlikdə mesajlar verməsi əhəmiyyətli faktordur"
Ötən həftə Prezident Administrasiyası növbəti addıma imza atdı. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması üçün Milli Məclis, MSK, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirlikləri, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olundu. Görüşdə dövlət qurumlarının siyasi təşkilatlarla bağlı gördüyü işlərə nəzər salındı. Çıxış edən partiya nümayəndələri müxtəlif təkliflər səsləndirdilər, ətraflı müzakirələr aparıldı. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən partiyarla bir neçə görüş keçirib. Lakin ilk dəfə olaraq məhz dövlət qurumlarını təmsil edən şəxslərin iştirakı ilə partiyaların nümayəndələrinin görüşü təşkil edilib. Bu cür görüşlərin bundan sonra da davam edəcəyi vurğulanıb.
Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, politoloq Felmar Ələkbərli “Sherg.az”a açıqlamasında deyib ki, tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq formasında davam edəcək. Partiya təmsilçisi qeyd edib ki, keçirilən tədbir ölkəmiz və siyasi partiyalar üçün faydalı tədbir idi:
"Təkliflər irəli sürüldü, problemlər də qeyd olundu və müzakirə edildi. Tədbir yüksək səviyyədə keçdi. Bu cür tədbirlərin davamlı olması təklifləri verildi və yəqin ki, davamlı olmalıdır. Gələcəkdə də müxtəlif mövzular ətrafında bu cür dəyirmi masaların keçirilməsini məqbul və vacibdir. Çünki ölkədə siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirə etməsi, cəmiyyətdə birlikdə mesajlar verməsi əhəmiyyətli faktorlardan biridir. Yaxın tariximiz milli birliyin və siyasi dialoqdan yaranan həmrəyliyin müsbət nəticəsini ortaya qoyub. Xalqımız Vətən müharibəsində iqtidar-müxalifət birliyinin şahidi oldu".
F.Ələkbərli vurğulayıb ki, qırx dörd günlük Vətən müharibəsinin qələbə ilə başa çatması istər regionumuzda, istərsə də ölkəmizdə yeni siyasi reallıqlar yaratdı:
"Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, siyasi həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirdi. Bu həqiqətlər siyasi dialoqun davamlılığını şərtləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq