“Xalq müxalifətə inanmır, çünki…”
Turan
12:59 09.09.2019
Siyasət
1110
“Radikal müxalifət artıq tükənib. Üç-dörd adamdan başqa ətraflarında heç kim qalmayıb”.
Bunu “Sherg.az”a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP rəsmisi bildirib ki, radikal müxalifət seçkilərdə səs yığa bilmir:
“Hələ Prezident seçkisini, demirəm, adi kənd bələdiyyəsində belə səs yığa bilmirlər. Sosial şəbəkə elə bir məkandır ki, orada istənilən məsələni təhrif etmək, başqa cür yozmaq mümkündür. Məsələn, müxalifət dünyanın hansısa ölkəsində baş vermiş neqativ hadisəni əks etdirən fotoları, sanki, Azərbaycanda olmuş kimi təqdim edir. Bununla özlərinə dəstək qazanmaq istəyirlər.
Əslində isə Azərbaycanı istəməyən xarici qüvvələr maliyyələşdirdiyi radikal müxalifətin əli ilə ölkədə qarışıqlıq yaratmaq və bunun vasitəsi ilə dövlətimizə təzyiq etməyi planlayır. Radikal müxalifətin başqa yolu qalmadığı üçün ən axırıncı yola başa vururlar.
Bəzi qruplaşmalar hətta Avropa dövlətlərinin xüsusi xidmət orqanlarının maşasına çevriliblər. Aldıqları qrant müqabilində fəaliyyət göstərirlər. Bir çox hallarda aralarındakı pulun birinə az, digərinə çox düşməsi səbəbindən düşmən kəsilir, satqınlıq edirlər”.
Ekspert vurğulayıb ki, onların qayəsi Azərbaycanın inkişafına nail olmaqdır, insanların problemini həll etmək deyil:
“Öz niyyətlərini reallaşdırmaq üçün insanları ayağa qaldırmağa çalışırlar. Maddi maraqlarını güdürlər və xaricdən gələn təlimatları həyata keçirirlər. Əgər demokratiyadan danışırlarsa, o zaman anlamalıdırlar ki, hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Ancaq fərqindədirlər ki, seçki ilə istəklərinə nail ola bilməyəcəklər.
Ona görə də son akkordlarını reallaşdırırlar. Göstərmək istəyirdilər ki, guya sosial mediada tərəfdarları çoxdur. Saxta profillərlə hökuməti əsassız tənqid edir, insanları hədələyirdilər. Lakin Azərbaycan cəmiyyəti, xüsusən gənclər onlara yerlərini göstərdi. Xalq bir daha əmin oldu ki, radikal müxalifət sabun köpüyü kimidir”.
S.Orucovun sözlərinə görə, hər şeydən əli üzülən müxalifət böhtan yolunu seçərək dövlət məmurlarına, hökumət nümayəndələrinə şər atırlar:
“Ancaq onların heç bir əməli baş tutmayacaq. Müxalifət onsuz da arxivin zibilliyindədir, xalq onlara inanmır. Belə bir məsəl var, deyirlər, “görünən dağ bələdçi istəməz”. Azərbaycandakı sosial sahədə inkişaf, cənab Prezidentin həyata keçirdiyi layihələr, əməkhaqqının, tələbə təqaüdünün artırılması göz önündədir.
Bunların hamısı ölkəmizin inkişafından xəbər verir. Dövlətimizin iqtisadi qüdrəti ildən-ilə artır. Xalqımız ağıllıdır və cilovu başqasının əlində olan adamlara heç vaxt aldanmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat