
Xalq və hakimiyyətin vəhdəti: Putin və bütün dünya liderləri yaxşı bilirlər ki, İlham Əliyev... -ŞƏRH
11:25 29.12.2024
Siyasət
398
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasını müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.
Politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, tez-tez Rusiyadan üzrxahlıq və yaxud hansısa müsbər addım gözləmək əbəsdir formasında fikirlər səslənirdi:

“Lakin son hadisələr göstərdi ki, Putin digər ölkələrin liderləriylə müxtəlif formada davrana bilər, amma bu Azərbaycan üçün keçərli deyil. Çünki Azərbaycan Prezidentinin apardığı siyasət xalqın maraqlarına söykənir və hansısa xarici müdaxiləylə müəyyən olunmur. Putin və bütün dünya liderləri yaxşı bilirlər ki, İlham Əliyev hər hansı siyasi addımlar atırsa, deməli, bu cəmiyyəti istəyi ilə baş verir. Yəni Azərbaycan tərəfinin haqlı tələblərini təkcə hakimiyyət deyil, eyni zamanda xalq istəyir. Həmçinin Rusiya başa düşür ki, rəsmi Bakıya qarşı yanlış addım atsaydı, Azərbaycan xalqının qəzəbiylə üzləşərdi. Bu isə ikitərəfli münasibətlərdə dönüş nöqtəsi yaradardı və regional təsirlərə malik olan hadisə olacaqdı. Çünki Rusiya ilk dəfə öz müttəfiqi ilə açıq böhran vəziyyətinə düşərdi. Azərbaycan Prezidenti həmişə olduğu kimi ən həssas məqamlarda xalqın və cəmiyyətin iradəsinə söykənərək siyasi dəsti xətt aparır. Son proseslər bir daha göstərir ki, xalq və hakimiyyət vəhdəti Azərbaycanın qələbəsinə gətirib çıxarır. Hadisələr cənap Prezident İlham Əliyevin strateji xəttinin nə qədər düzgün və inamlı olduğunu göstərir. Azərbaycan növbəti sınağdan alnı açıq, üzü ağ çıxdı. Bu bütün dünyaya örnəkdir ki, yalnız belə siyasət aparmaqla öz istəklərinə nail ola bilərlər”.
Xəbər lenti
Hamısına bax
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
10:24 07.07.2026
İnfrastruktur
Səhiyyə nazirinə yeni müavin təyin edildi
10:17 07.07.2026
Sağlamlıq
Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olundu
10:03 07.07.2026
Ölkə
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:42 07.07.2026
Ekologiya
Azərbaycan nefti bahalaşıb
09:31 07.07.2026
İqtisadiyyat