"Xankəndidə və İrəvanda keçirilən mitinqlərin hədəflərindən biri Azərbaycandır" - Politoloq
08:49 04.09.2022
Siyasət
435
"Xankəndidə və İrəvanda bu gün keçirilən mitinqlərin iki hədəfi var idi - erməni müxalifəti və Azərbaycan".
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsləri yoxdur:
"Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər. Bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar bugünkü mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”.
Ekspert vurğulayıb ki, erməni tərəfi məğlubiyyəti həzm etmək istəmir:
"Bugünkü mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq. Torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi