Xarakterinə görə, Marqaret Tetçerə bənzədirlər
Yusif Nəzərli
03:22 07.09.2022
Siyasət
473
Liz Trass Ukrayna və Rusiyaya münasibətində daha açıq mövqe ortaya qoyacaq və daha sərt sanksiyalar tələb edəcək
Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib. Trass partiya lideri və baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək. Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı xələfi kimi təqdim etməlidir. Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq. Qeyd edək ki, L.Trassın 47 yaşı var, 11 ay xarici işlər naziri olmaqla, 3 baş nazirin hökumətində altı nazir vəzifəsində çalışıb. Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Şərq"ə bildirib ki, sabiq baş nazir Boris Consonun Böyük Britaniyada vəzifə başına gəlişi ilə London üçün yeni səhifə açılmışdı. Partiya rəhbəri qeyd edib ki, mühafizəkarlar partiyasında daha praqmatik, aktiv və realist xətt yaranmışdı: "Consonun zamanında bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləri ön plana çıxmışdı. Lizz Trassın gəlişi bu xətti daha da gücləndirəcək. Xarakterinə görə, Marqaret Tetçerə bənzədilən Trass Ukrayna və Rusiyaya münasibətində daha açıq mövqe ortaya qoyacaq və daha sərt sanksiyalar tələb edəcək. Böyük Britaniyanın Qafqaz siyasətində hər hansı dəyişikliyin olacağı gözlənilmir. Azərbaycan-Böyük Britaniya münasibətlərinin dərin tarixi kökləri var. Bu münasibətlər neft siyasəti üzərində qurulsa da, artıq ənənəvi siyasi münasibətlər də formalaşıb. Trassın bir zamanlar "SHELL" neft və qaz kampaniyasında iqtisadçı direktor vəzifəsində işləməsi neft sənayesində əlaqələrimizin daha da güclənməsinə xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi