
Yaxın Şərq yenidən dizayn olunur
08:12 29.06.2024
Siyasət
591
ABŞ proksi qüvvələri sıradan çıxarmaq üçün Livanın Qəzzada olduğu kimi yer üzündən silinməsinə razıdır
"İsrail və HƏMAS arasında muharibə yeni cəbhənin açılmasına səbəb olur". Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, İsrail hərbi kabineti Livanda Hizbullaha qarşı hərbi əməliyyatları təsdiq edib:

"ABŞ öz vətəndaşlarını Livandan çıxarmaq üçün təxliyə gəmisi göndərib. Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatları ABŞ İsrailin vasitəsilə həyata keçirir. Vaşinqtonun razılığı olmasa İsrail bir güllə ata bilməz. Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatlar Vaşinqtonun planı əsasında həyata keçirilir. Əsas strateji məqsəd Aralıq dənizi sahilində HƏMAS və Hizbullah silahlı təşkilatlarını sıradan çıxarmaqdır. Livanda Hizbullaha qarşı hərbi əməliyyatlar aparılsa, Vaşinqton sahədə olacaq. Əgər Livanda Hizbullah sıradan çıxarılsa, növbəti mərhələdə Yəməndə Husilər hədəf olacaq".
M.Əsədullazadə vurğulayıb ki, Yaxın Şərqdə yeni siyasi nizamın qurulması istiqamətində ciddi addımlar atılır:
"ABŞ Yaxın Şərqdə proksi qüvvələri sıradan çıxarmaq üçün Livanın Qəzzada olduğu kimi yer üzündən silinməsinə razıdır. İsrail-Hizbullah müharibəsi ABŞ-nin "xeyir-duası" ilə başlaya bilər. İranın müdaxiləsinə gəldikdə, Tehran Qəzza müharibəsində olduğu kimi bəyanatlarla kifayətlənəcək. Vaşinqton Yaxın Şərqi yenidən dizayn edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
15:57 18.11.2026
Hadisə
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
15:32 18.11.2026
Hadisə
Sumqayıtda bir nəfər dənizdə batdı - VİDEO
15:20 18.11.2026
Hadisə