Yeni məcra:“Ermənistan Rusiyanın iradəsinə qarşı...?!”
Banuçiçək Kalbalıyeva
13:11 10.08.2021
Siyasət
525
Ermənistanla sərhəd xəttində vəziyyət hələ ki, stabil deyil. Lakin düşmənin gücü tədricən tükənir. Bunu rəsmi İrəvan özü də başa düşür. Prezident İlham Əliyevin təklif etdiyi yekun sülh müqaviləsini imzalamaq indiki halda Ermənistan üçün, belə demək mümkünsə, göydəndüşmə fürsətdir. Di gəl, inadından əl çəkmir. Hansısa möcüzəyə ümid edən Paşinyan hakimiyyəti, görünür, nağıllar aləmində yaşayır...
“Sherg.az” olaraq tərəflər arasındakı yekun sülh müqaviləsi və bundan doğan digər məqamlarla bağlı BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli ilə söhbətləşdik:
- Yekun sülh müqaviləsi yaxın gələcək üçün nə qədər real görünür?
- Ermənistan bunun üçün tələsmir. Və ciddi səbəblər var.
- Nələr?
- Məsələ ondan ibarətdir ki, düşmən üçün bir çox məqamlar hələ aydınlaşmayıb. Buna misal olaraq Qərblə əlaqələri, Rusiya ilə strateji müttəfiqliyi, Azərbaycanla münasibətləri göstərmək olar.
- Düşünürsünüz ki, İrəvan Qərblə Moskvanın arasında qalıb?
- Ermənistanın Qərbyönümlü siyasi xətti aydın görünür. Amma, həqiqətən, Rusiyanın iradəsinə qarşı çıxa biləcəkmi, siyasətində sərt dönüşlər edəcəkmi? Məncə, bu, mümkün deyil. Onu da deyim ki, biz indiyədək Ermənistanı Rusiyanın forpostu kimi tanıyırdıq. Diasporun fəaliyyəti, ABŞ - Ermənistan münasibətləri, Avropa İttifaqının, Avropa Şurasının İrəvana ciddi dəstəyi isə prosesləri başqa məcraya gətirir. Belə olan halda Ermənistanın yekun sülh müqaviləsinə qol çəkəcəyinə inanmıram. Bunun üçün daxildə çox ciddi hadisələr baş verməlidir.
- Hazırkı prosesləri necə qiymətləndirirsiniz?
- Bir sıra mübahisəli məqamlar həllini tapmaqdadır. Əlbəttə, Ermənistan şərtlərimizi yerinə yetirməyə məhkumdur. Bunun başqa yolu yoxdur. Əks halda onun üçün ciddi təhlükələr yaranacaq.
- Bəs təxribatlar nə ilə nəticələnəcək?
- Bu, təbii qarşılanmalıdır. Yekun sülh müqaviləsinədək belə provokasiyalar olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanda Paşinyan hakimiyyətini qəbul etmək istəməyənlərin əlində ciddi təsir imkanları var. Onlar bilərəkdən “suyu bulandırırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə Ebolaya yoluxanların sayı 450-ni keçdi
19:41 06.06.2026
Dünya
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı
19:12 06.06.2026
Futbol
Rusiyaya qarşı 32 min sanksiya tətbiq olunub
18:48 06.06.2026
Region
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
18:28 06.06.2026
Hadisə
Toyları stadionda olacaq
17:58 06.06.2026
Şou
Baş mühəndis institutun rəhbəri oldu
17:47 06.06.2026
Cəmiyyət
Dələduzluğa görə axtarışda olan 13 nəfər istintaqa təhvil verilib
17:34 06.06.2026
Hadisə
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
17:30 06.06.2026
Ekologiya
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
17:07 06.06.2026
Elm və Təhsil
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
16:32 06.06.2026
Dünya
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var
16:23 06.06.2026
Dünya
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
14:25 06.06.2026
Ekologiya
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - Foto
14:19 06.06.2026
Hadisə
İtkin düşən yeddi nəfər tapıldı
13:40 06.06.2026
Hadisə