Yeni nəsil gəlir ! – “Xaricdəki soydaşlarımızın inteqrasiya yolu...”
Banuçiçək Kalbalıyeva
10:28 24.11.2020
Siyasət
879
“Onlar regional və federal parlamentlərə, bələdiyyətlərə seçildiklərini görürük”
“Bunu davam etdirmək lazımdır”
“Həmin gənclər yaşadıqları ölkələrin qanunlarını, dilini, adət-ənənələrini yaxşı bilirlər”
Ukraynada yaşayan 8 soydaşımız yerli seçkilərdə qalib gəlib. Gənc soydaşımız Dinara Həbibullayeva “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının, Araz Quliyev həmin partiyadan Sumı Vilayət Şurasının, Qoşqar Muxtarov “Təklif” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Fəxrəddin Muxtarov hakim “Xalqın xidmətçisi” Partiyasından Poltava Vilayət Şurasının, Teymur Abışov Ukraynanın sabiq Baş naziri “Qroysmanın Ukrayna strategiya” Partiyasından Vinnitsa Şəhər Şurasının, Ramil Ağabəyov hakim “Xalqın xidmətçisi” Partiyasından Nikolayev Şəhər Şurasının, İsgəndər İsgəndərov hakim “Xalqın xidmətçisi” Partiyasından Dnepropetrovsk Vilayət Şurasının, Cəlil İbrahimov “Batkevşina” Partiyasından Pavlohrad Şəhər Şurasının deputatı seçiliblər. Bundan başqa, daha iki soydaşımızın partiya siyahısı üzrə yerli seçkilərdə qalib gəlmək şansı var.
Əlbəttə, bu dövlətlər və parlamanentlərarası münasibətləri daha da inkişaf etdirəcək.
Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk həmvətənlərimizin sözügedən uğurunu “Sherg.az”a qiymətləndirib:
“Dünyanın hər bir yerində yaşayan soydaşımızın uğurları haqqında xəbərlər almaq qürurvericidir. Əvvəlki illərə nisbətən bu gün xaricdə uğur qazanan soydaşlarımız haqqında məlumatları tez-tez eşidirik. Ukraynada yaşayan 8 soydaşımızın yerli seçkilərdə qalib gəlməsi o cəmiyyətdə soydaşlarımızın nüfuzundan xəbər verir. Bu artıq onu göstərir ki, soydaşlarımız uğurlu inteqrasiya xəttini tutublar.
Çünki seçki orqanlarında təmsil olunmaq üçün mütləq uğurlu inteqrasiya yolunu keçməlisən. İctimai-siyasi proseslərdə fəal iştirak etməlisən ki, cəmiyyət səni tanısın. Bunun üçün çox çalışmaq lazımdır.
Müxtəlif xeyriyyə tədbirlərində, ictimai-siyasi proseslərdə fəal iştirakın mütləqdir. Xaricdə bu yolu tutmayan namizədin uğur qazanması mümkün deyil.
Bilirsiniz ki, cənab Prezident dünya azərbaycanlılarının qurultaylarındakı çıxışlarında soydaşlarımızın yaşadıqları cəmiyyətlərə inteqrasiyasının vacibliyini xüsusi vurğulayırdı. Bu, həm də uğurlu lobbiçiliyin əsasını qoyur.
Onlar öz milli mənsubiyyətləri ilə Azərbaycanı təmsil edirlər. Nəticələrimiz göz qabağındadır. Bu gün soydaşlarımızın regional və federal parlamentlərə, bələdiyyətlərə seçildiklərini görürük. Bunu davam etdirmək lazımdır. Xaricdə həm də yeni nəsil gəlir.
Onlar vətənpərvər olmaqla yanaşı, yaşadıqları ölkələrin qanunlarını, dilini, adət-ənənələrini yaxşı bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm