
Yücel Karauz: Təhlükələr artıq TDT məkanında da hiss olunmaqdadır
11:35 06.10.2025
Siyasət
419
Planetimiz heç vaxt olmadığı qədər Üçüncü Dünya Müharibəsinə yaxın bir mərhələyə gəlib
Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Qəbələdə keçirilməsi yalnız diplomatik əhəmiyyət daşımır, eyni zamanda qardaş ölkələr arasında həmrəyliyin, ortaq məqsədlərin və gələcəyə yönəlmiş strateji baxışın təntənəsidir.
Bu il 16-cı ildönümünü qeyd edən TDT-nin Zirvəsi, regionda və dünyada baş verən mürəkkəb proseslər fonunda daha da önəm qazanır. Bu tədbir, iştirakçı ölkələrin liderlərini bir araya gətirərək həm təhlükəsizlik məsələlərinin, həm də regional əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi üçün mühüm platforma yaradır. Qəbələnin bu mötəbər görüşə ev sahibliyi etməsi isə Azərbaycanın artan beynəlxalq rolunun və sabitlik mərkəzi kimi mövqeyinin bariz göstəricisidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevin dəvətinə əsasən, oktyabrın 7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında TDT-nin Zirvəsinin Qəbələdə keçirilməsinin həm Türkiyə, həm də Azərbaycan üçün bayram olduğunu qeyd edib:

"Bu bayramda 16-cı ildönümünü qeyd edən Türk Dövlətləri Təşkilatı (TDT) üçün bir sıra mühüm məsələlərin müzakirəsi ön plana çıxır.
Artan risklər və təhdidlər fonunda, dünyada baş verə biləcək hadisələrin qabaqlanması məqsədilə fikir mübadiləsi aparılması vacibdir. Bununla yanaşı, bu məsələlərin həlli üçün yol xəritəsinin hazırlanması da xüsusi əhəmiyyət daşıyır. Hazırlanacaq yol xəritəsinin TDT-nin 2040 vizyonuna uyğun şəkildə qurulması, əlaqələndirilməsi və yenidən nəzərdən keçirilməsi olduqca önəmlidir. Zirvədə həm regional məsələlər, həm də ölkələr arasında ikitərəfli münasibətlər müzakirə ediləcək. Bundan əlavə, TDT-nin qarşıdakı 10-20 il ərzində həyata keçirəcəyi fəaliyyətlər və bu istiqamətdə hazırlanacaq strateji yol xəritəsi də diqqət mərkəzində olacaq".
General bildirib ki, zirvənin önəmli məqamlarından biri də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tədbirdə iştirak etməsidir:
"Digər üzv ölkələrin liderləri də Zirvəyə qatılacaq. Tədbir zamanı yalnız Dövlət Başçıları Şurası deyil, həm də Nazirlər Şurasının görüşləri keçiriləcək. Eyni zamanda Zirvənin əsas mövzusunun "Sülh və Təhlükəsizlik" olaraq müəyyənləşdirilməsi də olduqca mənalıdır. Hazırda planetimiz heç vaxt olmadığı qədər Üçüncü Dünya Müharibəsinə yaxın bir mərhələyə gəlib. Təhlükələr artıq TDT məkanında da hiss olunmaqdadır. Belə bir dövrdə bu gündəm ətrafında bir araya gəlmək və məsələləri birlikdə müzakirə etmək, TDT-nin zamanın ruhunu doğru qiymətləndirdiyini göstərir. Bu, təşkilatın gələcəyə yönəlik konkret addımlar atmağa hazır olduğunu da sübut edir".
Müsahibimiz söyləyib ki, Qəbələnin mühüm tədbirə ev sahibliyi etməsi də xüsusi olaraq qeyd olunmalıdır:
"Ən gözəl bölgələrdən biri olan Qəbələ bu Zirvəyə ev sahibliyi etməklə Azərbaycanın artan regional və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycan müasir, dinamik inkişaf edən və parlayan bir ulduz kimi önə çıxır.
Biz bir olduqca, birlikdə hərəkət etdikcə güclüyük!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial