“Zakir Həsənovun Rusiya səfəri... - Müharibə, yoxsa danışıqlar?
Banuçiçək Kalbalıyeva
11:38 03.09.2020
Siyasət
1034
“Baş verən hadisələr müharibəninm başlanmasını şərtləndirir”
"Müdafiə nazirimizin səfəri müharibənin başlanmasını tormozlada bilməyəcək”
“Amma bizə dörd günlük hərbi əməliyyatlar yox, torpaqlarımızı birdəfəlik azad edə biləcəyimiz müharibə lazımdır”
Bu gün Azərbaycanın Müdafiə naziri Moskvaya yola düşəcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak edəcək. Səfər sentyabrın 6-dək davam edəcək.
Səfəri şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyada bir neçə qurumun, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Şanxay Əməkdaşlığı Təşkilatının toplantısı keçiriləcək:
“Azərbaycan KTMT-nin üzvü deyil. Buna maraq da göstərmir. Görüşdə Azərbaycana maraqlı olan əsas məsələ Şanxay Əməkdaşlığı Təşkilatı ilə bağlı müzakirələrdir. Onu da deyim ki, Rusiya hətta KTMT-nin üzvü olmayan dövlətləri də ölkəyə toplamaqla saxta görüntü yaratmağa çalışır”.
E.Şahinoğlunun fikrincə, görüş birbaşa Dağlıq Qarabağ müharibəsi ilə əlaqədər olmasa da, baş verən hadisələr müharibəninm başlanmasını şərtləndirir:
“Rusiya ilə Azərbaycanın maraqları toqquşur. Dövlət başçımız İlham Əliyev Ermənistana silah daşınması barədə rəsmi Moskvaya etirazını bildirsə də, işğalçıya dəstək davam edir. Rusiya Azərbaycanın maraqlarını nəzərə almır və düşməni silahlandırır.. Odur ki, hazırkı danışıqlardan bir nəticə gözləməyə dəyməz.
Şoyqunun Bakıya gəlməsi müharibənin qarşısını almadı, əksinə, bizə danışdığı yalanlar hərbi əməliyyatlara rəvac verdi. Prezidentin köməkçi Hikmət Hacıyevin “Rusiyanın izahı bizi qane etmir deməsi də” təsadüfi deyil.
Zakir Həsənovun Rusiyaya səfəri də müharibənin başlanmasının qarşısını ala bilməyəcək. Müharibə hər an başlaya bilər.
Amma bizə lokal, dörd günlük hərbi əməliyyatlar yox, torpaqlarımızı birdəfəlik azad edə biləcəyimiz müharibə lazımdır. Ancaq Rusiyanın Ermənistana təsir göstərib, mərhələli həll planını işə salması müharibənin qarşısını ala bilər. Bu isə indiki halda real görünmür”.
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib - YENİLƏNİB
18:50 08.10.2026
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib
17:54 08.10.2026
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə